MƏDƏNİYYƏT
Musiqili Teatrda “Qızıl toy”
Bakı, 21 yanvar, AZƏRTAC
Yanvarın 22-də Azərbaycan Dövlət Musiqili Teatrında “Qızıl toy” operettası nümayiş olunacaq. Əsərin libretto müəllifi Ramiz Heydər, bəstəkarı Oqtay Kazımidir. Komediyaya rejissor Yusif Əkbərov quruluş verib.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşanın quruluşçu dirijoru Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysterləri Zakir Ağayev və Yelena Ağayeva, dirijoru Fəxrəddin Atayev, xormeysteri Vaqif Məstanov, konsertmeysteri Nərminə Əbdürəhmanovadır.
Əsas rollarda Əməkdar artistlər Nahidə Orucova, Ema Məlikova, Çingiz Əhmədov, Əkbər Əlizadə, aktyorlar Əzizağa Əzizov, Əliməmməd Novruzov, Yulya Heyderova və başqaları çıxış edəcəklər.
Müasir zaman üçün aktual olan əsərin əsas qayəsində Vətənə məhəbbət dayanır. Tamaşada da məhz bu hisslər aşılanır.
Əsərə ilk səhnə həyatını 1980-ci ildə rejissor Rafiq Atakişiyev verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]