MƏDƏNİYYƏT


Musiqili Teatrda psixo-plastik qrotesk janrında tamaşa nümayiş olunub

Bakı, 10 fevral, AZƏRTAC

Fevralın 10-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Mədəniyyət Nazirliyinin dəstəyilə “Rebus” teatrı “Hamlet-X” tamaşasını nümayiş etdirib.

AZƏRTAC xəbər verir ki, tamaşa Uilyam Şekspirin “Hamlet” əsərinin əsasında hazırlanıb.

Tamaşanın rejissoru Ceyhun Dadaşov tamaşanın nümayişindən öncə AZƏRTAC-a müsahibəsində əsər haqqında məlumat verib. Bildirib ki, “Hamlet-X” tamaşası plastika üzərində qurulub. Burada hadisələrin açılmasında simvollara böyük yer verilib. Tamaşanın janrını isə psixo-plastik qrotesk kimi müəyyənləşdirmək olar. Proseslər Hamletin qarabasması kimi də dəyərləndirilə bilər.

“Bütün baş verən hadisələr ola bilər ki, artıq baş verib, bəlkə də heç vaxt baş verməyəcək. Bəlkə də bütün hadisələr əslində tamam başqa şəkildə baş verib. Biz isə “Hamlet-X” tamaşasında bütün hadisələrə Hamletin gözü ilə baxırıq və hər şeyi onun baxış bucağından dəyərləndiririk”, - deyə rejissor əlavə edib.

Səhnə əsərində Əli Əlizadə (Klavdi), Natavan Abbaslı (Gertruda), Ziya Ağa (Paloni), Rasimə Abbasova (Ofeliya), Elnur İsmayılov (Rozenqrans, Gildenstern, Ata), Ceyhun Dadaşov (Hamlet) çıxış ediblər.

Aktyorların məharətli ifası tərzi tamaşaçıların marağına səbəb olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.