SİYASƏT
Mustafa Şentop: Türkiyə var qüvvəsi ilə Azərbaycanın yanındadır VİDEO
İstanbul, 28 sentyabr, AZƏRTAC
Bütün dünya, əsasən də Ermənistanın terrorçuluq siyasətinə ortaq olanlar bilməlidirlər ki, Azərbaycan Türkiyə üçün təkcə dost ölkə, yaxın bir istiqamət deyil, eyni zamanda, könül və tale məkanıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Ermənistanın Azərbaycana qarşı son təxribatları nəticəsindən gərginləşən vəziyyətə münasibət bildirərkən ifadə edib.
Türkiyə parlamentinin sədri deyib: “Türkiyə hər zaman bütün maddi, mənəvi qüvvəsi ilə Azərbaycanın yanındadır. Bir anlıq tərəddüd etmədən hər zaman qardaş ölkənin yanında olmağa davam edəcəyik”.
Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop dünənki açıqlamasında Ermənistanı terrorçu dövlət olduğunu bəyan edib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul