MƏDƏNİYYƏT


Müstəqilliyin Bərpası Günü ilə bağlı tədbir təşkil olunub

Bakı, 18 oktyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası İlqar İbrahimov adına 167 nömrəli tam orta məktəbdə 18 oktyabr – Müstəqilliyin Bərpası Günü ilə bağlı tədbir keçirib.

Baş İdarədən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə kitabxananın metodisti İradə Hüseynova çıxış edib. Bildirib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazanıb. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşayıb. İkinci tarixi imkan bir də 70 il sonra yaranıb. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verib.

Tədbirdə Müstəqilliyin Bərpası Gününün tarixi və əhəmiyyəti haqqında məktəblilərə geniş məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.