Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Muxtar Babayev: Azərbaycanda atmosferə atılan çirkləndiricilərin əsas mənbəyi nəqliyyat sektorudur

Muxtar Babayev: Azərbaycanda atmosferə atılan çirkləndiricilərin əsas mənbəyi nəqliyyat sektorudur

Bakı, 27 noyabr, AZƏRTAC 

Hazırda müasir iqlim dəyişmələri və onun yaratdığı risklər siyasi, iqtisadi problemlərlə yanaşı dünyada ən yüksək səviyyələrdə müzakirə olunan məsələlər sırasındadır. İqlim dəyişmələri problemi qlobal proses olsa da onun təsirləri özünü lokal səviyyədə büruzə verir. Əhalinin sayının artması, iqtisadiyyatın inkişafı və digər amillər atmosferə atılan istilik effekti yaradan qazların artmasına gətirir ki, bu da öz növbəsində iqlimin istiləşməsini sürətləndirir və bütün ekosistemə mənfi təsirlə nəticələnir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev "İqlim dəyişmələri və ətraf mühitdə Paris razılaşmasının rolu" mövzusunda keçirilən konfransda deyib.

Nazirin sözlərinə görə, Azərbaycan iqlim dəyişmələri məsələsini diqqət mərkəzində saxlayır: "Ölkəmiz qlobal iqlim dəyişmələrinin qarşısının alınması təşəbbüslərinə töhfə olaraq 2030-cu ilə istilik effekti yaradan qaz tullantılarının səviyyəsinin 35 faiz azalmasını hədəf kimi götürüb.

İqlim dəyişmələrinə təsirlərin azaldılması istiqamətində bərpa olunan enerji mənbələrindən və enerji səmərəli texnologiyalardan istifadənin artırılması, meşə ərazilərinin genişləndirilməsi, səmt qazlarının atmosferə atılma həcminin azaldılması və s. kimi tədbirlər həyata keçirilir.

Bu gün ölkəmizdə uğurla həyata keçirilən iri infrastruktur layihələrinin icrasında qabaqcıl texnologiyaların tətbiqi öz töhfəsini verir. Hazırda yeni yaradılan istehsal müəssisələrində təbiətə dost texnologiyalar tətbiq edilir. Sumqayıt şəhərində aparılan istehsalat sahələrinin müasirləşdirilməsi prosesini, Sumqayıt Kimya Sənaye, Qaradağ, Mingəçevir, Pirallahı və Balaxanı sənaye parklarını buna misal göstərmək olar. Bütün bunlar isə Prezident İlham Əliyevin həyata keçirdiyi yeni iqtisadi strategiyanın uğur formuludur".

Nazir bildirib ki, iqlim dəyişmələri ilə mübarizədə səmt qazının atılmasındakı azalmaları da xüsusi qeyd etmək lazımdır: "Son illərdə SOCAR və digər tərəfdaş neft-qaz şirkətlərinin səyi nəticəsində milyardlarla kubmetr səmt qazı yığılaraq ölkənin qaz təsərrüfatına verilib.

Hazırda ölkəmizdə atmosferə atılan çirkləndiricilərin əsas mənbəyi nəqliyyat sektorudur. Bunun səbəbi nəqliyyat vasitələrinin sayının sürətlə artmasıdır. Nəqliyyatın ətraf mühitə, insan sağlamlığına mənfi təsirinin azaldılması üçün ekoloji cəhətdən təmiz avtomobillərdən istifadə genişləndirilməlidir.

Sözsüz ki, nəqliyyat sektorunun atmosfer havasına təsirində yanacağın keyfiyyəti böyük rol oynayır. Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan yenidənqurma və modernləşdirilmə işləri nəticəsində burada yüksək standartlara uyğun yanacaq istehsal ediləcək. Bu da təbii ki, avtomaşınlardan atmosferə atılmaları kifayət qədər azaldacaq.

Azərbaycan iqtisadiyyatı daha çox enerji resurslarının hasilatı ilə bağlı olsa da, ölkəmizdə alternativ və bərpa olunan enerjinin inkişafı da xüsusi diqqət mərkəzindədir. Hazırda hidroenerji də daxil olmaqla bərpa olunan enerjinin ümumi ilkin enerji istehlakındakı payı 18 faiz təşkil edir. Bu rəqəmin 2030-cu ilə kimi 30 faizə çatdırılacağı proqnozlaşdırılır.

Biz bir neçə illər ərzində bu sahədə böyük layihələrin həyata keçirilməsinin şahidi olacağıq".

Muxtar Babayev qeyd edib ki, meşələrin artırılması və yaşıllaşdırma işlərinin aparılması ümumi ekoloji vəziyyətin yaxşılaşdırılmasında, eyni zamanda, iqlim dəyişmələri ilə bağlı təsirlərin minimuma endirilməsində effektiv bir vasitədir: "Bu baxımdan azmeşəli ölkə kimi yaşıllıqların artırılması və mühafizəsi prioritet istiqamətlərimizdən biridir. 10 illik müddət üçün Milli Meşə Proqramı hazırlanıb. Yaşayış məntəqələrinin, xüsusilə iri şəhərlərin və magistral avtomobil yollarının ətrafının yaşıllaşdırılması işləri aparılır.

Əminəm ki, biz bundan sonra da Paris Razılaşmasında əksini tapmış hədəfimiz çərçivəsində tullantıların azaldılmasına töhfə verəcəyik.

Paris Razılaşması üzrə öhdəliklərin ölkələrin iqtisadi inkişafına mənfi təsir göstərmədən yerinə yetirilməsi üçün potensial imkanlar var. Buna qabaqcıl texnologiya və yanaşmalar tətbiq etməklə nail olmaq olar. Bunun üçün Paris Razılaşmasının müddəalarına da uyğun olaraq, inkişaf etmiş ölkələr tərəfindən inkişaf etməkdə olan ölkələr üçün enerji və resurslara qənaət edən yaşıl texnologiyalara çıxış asanlaşdırılmalıdır.

Ətraf mühitin mühafizəsi sərhəd tanımır. Bu, bizim ümumi vəzifəmizdir və ətraf mühitin qorunması üçün atılmış hər bir addım bizim ümumi uğurumuz olacaq".

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib