CƏMİYYƏT


Muxtar Babayev: Son illərdə ölkəmizdə milyonlarla ağac əkilib

Bakı, 21 may, AZƏRTAC

Məlum olduğu kimi, koronavirus əsasən tənəffüs orqanlarına təsir göstərir. Bu faktor hava keyfiyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlərin görülməsi zərurətini artırır. Ətraf mühitə təsiri olan amillərdən biri də atmosfer havasının oksigenlə zənginlik səviyyəsidir. Təbii ki, həyatımızı oksigenlə zənginləşdirən əsas mənbə də yaşıllıq zonaları və meşə sahələridir. Bu gün yaşıllaşdırma kütləvi və davamlı prosesə, vətəndaş vərdişinə çevrilib. Sevindirici haldır ki, ölkəmizin tarixi əlamətdar günləri ağac əkilməklə qeyd olunur.

Son illərdə Abşeronda və ümumən ölkədə milyonlarla ağac əkilib və bu işlər bu gün də davam etdirilir.

AZƏRTAC xəbər verir ki, bunu mayın 21-də Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib.

Nazir, həmçinin deyib: "Görünən odur ki, təbiətlə bağlı bu proseslər havanın təmizlənməsi ilə bərabər flora və fauna elementlərində də pozitiv tendensiya müşahidə olunur. Azərbaycan təbiətində də bu dəyişikliklər aydın görünür. Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzərinə düşən məsuliyyəti hiss edərək bundan sonra da zəruri tədbirləri görəcək".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.