Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Muxtar respublikada ikinci Azərbaycan Elm Festivalının Naxçıvan mərhələsi olub VİDEO

Naxçıvan, 1 noyabr, Rauf Əliyev, AZƏRTAC

Noyabrın 1-də Naxçıvan şəhərində yerləşən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında ikinci Azərbaycan Elm Festivalının Naxçıvan mərhələsinin açılış tədbiri olub.

AZƏRTAC xəbər verir ki, festival iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Sonra qonaqlar Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının foyesində Naxçıvanda nəşr olunan elmi kitablardan, jurnallardan, arxeoloji tapıntılardan, rəsm əsərlərindən və xalq yaradıcılığı nümunələrindən ibarət sərgiyə baxıblar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov muxtar respublikada keçirilən ikinci Azərbaycan Elm Festivalının Naxçıvan mərhələsinin iştirakçılarını və qonaqları salamlayıb, festivalın işinə uğurlar arzulayıb.

Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında elmin inkişafının həmişə diqqət mərkəzində olduğunu vurğulayan Rəhman Məmmədov bildirib ki, müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında elm infrastrukturu daha da təkmilləşdirilib, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsi təsis edilib. Bundan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyəti, Tarix, Etnoqrafiya və Arxeologiya, İncəsənət, Dil və Ədəbiyyat, Bioresurslar, Təbii Ehtiyatlar institutları, Batabat Astrofizika Rəsədxanası üçün binalar tikilib və ya əsaslı təmir olunub, yeni avadanlıqlarla təchiz edilmiş laboratoriyalar və iş otaqları qurulub. Bununla yanaşı, elektron kitabxana da yaradılıb.

Qeyd olunub ki, muxtar respublikada zəruri elmi infrastrukturla yanaşı, elmi kadrların hazırlanması da diqqətdə saxlanılıb, AMEA Naxçıvan Bölməsində və Naxçıvan Dövlət Universitetində dissertasiya şuraları fəaliyyətə başlayıb. Bunun nəticəsində muxtar respublikanın elmi potensialı ildən-ilə artıb.

“Elmi potensialın artması fundamental tədqiqatların aparılmasına və elmi nəticələrin əldə olunmasına əlverişli şərait yaradıb. Naxçıvanda aparılan elmi araşdırmaların ən son nailiyyətləri, məlumatları və ümumiləşdirici fikirləri nəşr olunan əsərlərdə öz əksini tapıb”, – deyən Rəhman Məmmədov diqqətə çatdırıb ki, üç cildlik “Naxçıvan tarixi” və “Naxçıvan folklor antologiyası”, iki cildlik “Naxçıvan ensiklopediyası” və Naxçıvan Muxtar Respublikasının “Qırmızı kitabı”, “Naxçıvan abidələri ensiklopediyası”, “Naxçıvan tarixi atlası”, “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri”, “Naxçıvan teatrının salnaməsi” kimi ümumiləşdirici əsərlər hazırlanaraq nəşr olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri elm adamlarının elmimizi daha da zənginləşdirəcəklərinə əminliyini ifadə edib, ikinci Azərbaycan Elm Festivalının Naxçıvan mərhələsinin işinə uğurlar arzulayıb.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxışında ölkəmizin ictimai-mədəni həyatında mühüm hadisə olan ikinci Azərbaycan Elm Festivalının ilk mərhələsinin qədim elm və mədəniyyət mərkəzi olan Naxçıvanda keçirilməsinin əhəmiyyətini vurğulayıb. Akademik respublikamızda, o cümlədən muxtar respublikada elmin və təhsilin inkişafına göstərilən xüsusi dövlət qayğısından, alimlərimizin əldə etdikləri uğurlu elmi nəticələrin əhəmiyyətindən, gənc alimlərə yaradılan şəraitdən ətraflı söhbət açıb. Bildirib ki, Azərbaycan elmi ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin hər iki dövründə böyük inkişaf yolu keçib. Dahi Heydər Əliyev epoxasının Azərbaycan Elmlər Akademiyası keçmiş Sovet İttifaqında tanınmış mühüm elmi qurumlardan birinə çevrilib. Ulu Öndər 2001-ci ildə Azərbaycan Elmlər Akademiyasına “Azərbaycan Milli Elmlər Akademiyası” statusu verilməsi haqqında tarixi Fərman imzalayıb. Həmçinin bu istiqamətdə verilən digər qərarlar akademiyanın hərtərəfli inkişafı üçün hüquqi zəmin yaradıb. Bütün bunların nəticəsində AMEA-nın fəaliyyət dairəsi genişlənib, elmin davamlı inkişafı təmin edilib. Ümummilli lider Heydər Əliyevin yolunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın icrası ilə bağlı görülmüş işlər, “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli Fərmanı bütövlükdə, elmimizin inkişafına böyük töhfə verib.

“Ölkəmizdə bütün sferalarda olduğu kimi, milli sərvətimizin tərkib hissəsi olan elmi potensialın qorunması, onun inkişaf etdirilməsi dövlət siyasətinin vacib istiqamətlərindən biridir”, - deyən AMEA-nın vitse-prezidenti qeyd edib ki, Ümummilli Lider Naxçıvan Muxtar Respublikasında elmi-tədqiqat qurumlarının fəaliyyətinin gücləndirilməsi, mövcud elmi potensialdan istifadə olunmasının səmərəliliyinin artırılması, Naxçıvanın tarixi, arxeologiyası, etnoqrafiyası və təbii sərvətlərinin öyrənilməsi üçün daha əlverişli şəraitin yaradılması kimi mühüm vəzifələri qarşıya qoyaraq, AMEA Naxçıvan Bölməsinin təsis edilməsi istiqamətində müdrik addım atıb. Bu elmi müəssisə isə öz növbəsində, mühüm töhfələri ilə bölgədə elm mərkəzinə çevrilib və elmi inkişafa stimul verib. İyirmi beş ildir blokada vəziyyətində yaşayan muxtar respublikada bu gün ulu öndər Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində Naxçıvan bütün sahələr üzrə, o cümlədən elmin inkişafında böyük inkişaf yolu keçib.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev vurğulayıb ki, bu gün respublikamızda elmin cəmiyyətdə rolu gündən-günə artmaqdadır. Bunun bir səbəbi elmə dövlətin diqqət və qayğısının artması ilə bağlıdırsa, digər bir səbəbi isə elm siyasətinin elm adamlarına güclü təsiri və gənclərin bu sahəyə göstərdiyi ciddi maraqla əlaqədardır. Naxçıvan Muxtar Respublikasında da elm adamları yüksək qayğı və diqqətlə əhatə olunublar. Nəticədə son illərdə muxtar respublikada elmi mühit formalaşıb, elmdə kəmiyyət və keyfiyyət artımı özünü əyani şəkildə göstərib.

“Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin tərkibində 4 elmi-tədqiqat institutu, Batabat Astrofizika Rəsədxanası və Əlyazmalar Fondu fəaliyyət göstərir. Bunlardan üçü təbiətşünaslıq-texniki, qalan üçü isə ictimai-humanitar istiqamətlərdə elmi-tədqiqat işlərini həyata keçirir”, – deyən İsmayıl Hacıyev bildirib ki, bölmənin elmi əməkdaşlarının 119 monoqrafiyası, 145 kitabı, 4717-i məqaləsi, 1251 tezisi, 18 xəritəsi nəşr olunub. Həmçinin 25 patent alınıb, bölmənin elmi əməkdaşları 19 qrand layihəsində qalib gəliblər. Elmi əməkdaşların 46 elmi əsəri impakt faktorlu jurnallarda dərc olunub.

Tədbirdə “Azərbaycanın elm məbədi” adlı sənədli film nümayiş etdirilib.

Sonda Naxçıvan Dövlət Filarmoniyasının konsert proqramı olub.

Festival AMEA Naxçıvan Bölməsində təşkil olunmuş elmi-populyar mühazirələrlə davam etdirilib.

Tədbir iştirakçıları Naxçıvan şəhərində yerləşən tarixi abidələrlə, səhiyyə, mədəniyyət müəssisələri ilə də tanış olublar.

Muxtar respublikada ikinci Azərbaycan Elm Festivalının Naxçıvan mərhələsi olub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək