REGİONLAR


Muxtar respublikanın 50-dək yaşayış məntəqəsində sakinlərə səyyar xidmət göstərilib

Şərur, 18 avqust, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən Şərur rayonunun Oğlanqala kəndində sakinlərə səyyar qaydada daşınmaz əmlakın mülkiyyət hüquqlarının dövlət qeydiyyatı və digər xidmətlər göstərilib.

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, yaşayış məntəqələrində səyyar xidmətin göstərilməsi barədə əvvəlcədən elanlar vurulub və sakinlər arasında müvafiq maarifləndirmə işləri aparılıb.

Qeyd edək ki, bu ilin birinci yarımili ərzində Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən muxtar respublikanın 46 yaşayış məntəqəsində vətəndaşlara səyyar xidmət göstərilib. Xidmət zamanı 404 müraciət qəbul edilərək müvafiq qaydada baxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.