MƏDƏNİYYƏT


Müxtəlif dövrlərdə Avropanın Gənclər Paytaxtı seçilmiş şəhərlərin nümayəndələri Serbiyada görüşüblər

Novi-Sad, 17 noyabr, AZƏRTAC

Serbiyanın Novi-Sad şəhərində Avropa gənclər paytaxtları mövzusunda dəyirmi masa keçirilib.

Novi-Sad meriyasından AZƏRTAC-a bildirilib ki, tədbirdə müxtəlif dövrlərdə Avropanın Gənclər Paytaxtı seçilmiş şəhərlərin təmsilçiləri görüşüblər. Azərbaycanın Gəncə, Portuqaliyanın Braqa, Rumıniyanın Kluza, Sloveniyanın Maribor və Yunanıstanın Saloniki şəhərlərinin nümayəndələrinin iştirak etdiyi tədbirdə Novi-Sad şəhərinin meri Miloş Vuçeviç çıxış edərək həmin şəhərlərin gəncləri arasında qurulan sıx əməkdaşlıq barədə danışıb. Bildirilib ki, bu şəhərlər qalib olduqları illərdə əhəmiyyətli tədbirlərə ev sahibliyi edərək Avropanın müxtəlif yerlərindən gələn gənclərin tanışlığına və birgə layihələrin reallaşmasına təkan verib.

Qeyd edək ki, 2020-ci ilin Avropa Gənclər Paytaxtı Fransanın Amyen şəhəri seçilib. Gəncə isə bu titulu 2016-cı ildə daşımışdı.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.