İQTİSADİYYAT
Muzdla işləyənlərin 7,3 faizi tikinti sektorunda çalışıb
Bakı, 10 avqust, AZƏRTAC
Cari il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 527,7 min nəfər olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 881,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 646,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdla işləyənlərin 7,3 faizi tikinti və 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində məşğul olublar. Həmin müddət ərzində ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,9 faiz artaraq 522 manat təşkil edib. Tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]