ELM VƏ TƏHSİL


Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya qüdrətini, gücünü nümayiş etdirdi

Bakı, 11 noyabr, AZƏRTAC

Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan xalqının tarixinə şanlı səhifələr yazıldı, yeni bir dövr başlandı - zəfər dövrü, qələbələr dövrü, torpaqlarımızın işğaldan azad edilməsi dövrü. Xalqınız bu gün tarixi günlər yaşayır, torpaqlarımız, kəndlərimiz, şəhərlərimiz və bir çox yaşayış məntəqələrimiz düşmən işğalından azad edilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz qələbələrə imza atıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Zəngilan Rayon Təhsil Şöbəsinin müdiri Kənan İmaməliyev bildirib.

O vurğulayıb ki, 44 gün ərzində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. 30 ilə yaxın idi ki, Azərbaycanın torpaqlarımızın 20 faizi düşmən tapdağı altında idi. Bir milyondan çox köçkün böyük ümidlərlə və səbirsizliklə öz doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayırdı.

“Prezident İlham Əliyev hər zaman çıxışlarında, xarici kütləvi informasiya vasitələrinə verdiyi mühasibələrində vurğulayırdı ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır. Sevinirik ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti, Ordumuzun şücaəti ilə biz bu mübarizədən qalib çıxdıq. Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bu qələbə xalqımızın əzmini, qəhrəmanlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Dünya gördü ki, məğlubiyyətlə heç vaxt barışmayan Azərbaycan xalqı öz qələbəsini döyüş meydanında əldə etdi”, - deyə Kənan İmaməliyev qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.