ELM VƏ TƏHSİL
Muzeydə “SABAH” qrupu tələbələrinin ilk dərsi keçirilib
Bakı, 17 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi (MATM) və Təhsil Nazirliyi arasında imzalanmış razılaşmaya əsasən muzeydə “SABAH” qrupunun tələbələri üçün dərslər keçirilir.
MATM-dan AZƏRTAC-a bildiriblər ki, “Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji kolleksiyası Azərbaycan tarixinin öyrənilməsində mənbə kimi” mövzusunda keçirilən ilk dərsdə Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil alan tələbələr iştirak ediblər.
Muzeyin arxeologiya elmi fond şöbəsinin müdiri Nasir Quluzadə tələbələrə arxeoloji kolleksiyanın toplanması, qorunması, öyrənilməsi və təbliğinə aid ətraflı məlumat verib. Kolleksiyanın Azərbaycan tarixinin öyrənilməsində mənbə kimi rolu və əhəmiyyəti diqqətə çatdırılıb.
Sonra tələbələrin sualları cavablandırılıb.