DÜNYA


Myanmada saxlanılan yapon jurnalistə qarşı rəsmi ittiham irəli sürülüb

Tokio, 4 may, AZƏRTAC

Myanma hüquq-mühafizə orqanları aprelin 19-da həbs olunmuş yapon jurnalist Yuki Kitazumiyə qarşı rəsmi ittiham irəli sürüb.

AZƏRTAC xəbər verir ki, bu barədə mayın 4-də Kyodo agentliyi məlumat yayıb. Bildirilir ki, yalan informasiya yaymaqda ittiham olunan jurnalist 3 il müddətinədək həbsdə saxlanıla bilər. Y.Kitazumi, həmçinin Myanmaya gələrkən giriş nəzarəti qanunlarını pozmaqda ittiham edilir ki, buna görə də o, 5 il müddətinə həbs oluna bilər.

Qeyd edək ki, Y.Kitazumi əvvəllər Yaponiyanın nüfuzlu “Nikkei” qəzetində çalışıb. Hazırda onun müstəqil jurnalist kimi fəaliyyət göstərdiyi bildirilir. Onun fevralda da həbs edildiyi, lakin dərhal buraxıldığı qeyd olunur.

Yaponiya hökuməti jurnalistin həbsinə görə Myanmaya etirazını bildirib. Bundan əlavə, Yaponiyanın Baş naziri Yoşihide Suqa Y.Kitazuminin azad edilməsi üçün hökumətin lazım olan bütün addımları atacağını bəyan edib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.