DÜNYA


NASA Günəş atmosferində ilk dəfə tədqiqat aparacaq zondun fəzaya buraxılmasını təxirə salıb

Bakı, 11 avqust, AZƏRTAC

ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Agentliyi (NASA) ilk dəfə Günəş atmosferinə daxil olacaq və tədqiqat aparacaq xüsusi cihazlarla təchiz edilmiş zondun fəzaya göndərilməsini təxirə salıb.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, amerikalı fizik, Günəş küləyinin tədqiqatı sahəsində pionerlərdən biri olan Yucin Parkerin adını daşıyan “Parker Solar Probe” zondu fəzaya avqustun 11-də buraxılmalı idi. Birgünlük gecikmənin səbəbi isə zondu Günəş atmosferinə çatdıracaq “Delta IV Heavy” raket daşıyıcısının yanacaq çənində helium təzyiqi ilə bağlı problemin yaranması olub.

İlk dəfə Günəşə 6,4 milyon kilometr məsafəyədək yaxınlaşacaq və onun ətrafında elliptik orbit üzrə 24 dövrə vuracaq “Parker Solar Probe” zondu fəzaya göndərildikdən üç ay sonra Günəş atmosferinə daxil olacaq və dekabrın əvvəlindən etibarən Yerə məlumatlar göndərəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.