MƏDƏNİYYƏT
NƏSİBƏ ZEYNALOVANIN YUBİLEYİ QEYD OLUNMUŞDUR
Kinoşünas Aydın Kazımzadə görkəmli sənətkarın həyat və yaradıcılığının bəzi məqamlarından danışmışdır. Bildirmişdir ki, səhnəyə rəqqasə kimi gələn Nəsibə xanımın aktrisa kimi böyük şöhrət qazanmasının əsasını, ilk öncə, onun istedadı, həvəs və zəhmətsevərliyi təşkil etmişdir. Azərbaycan Dövlət Musiqili Komediya Teatrında yaratdığı parlaq obrazlar qalereyası ona sonsuz tamaşaçı məhəbbəti qazandırmışdır.
Vurğulanmışdır ki, Nəsibə xanımın Azərbaycan kinosundakı xidmətləri də diqqətəlayiqdir. Onun filmlərdə yaratdığı Cənnət, Telli, Meyransa, Məsmə və sair surətlər tamaşaçılar tərəfindən dərin məhəbbətlə sevilir.
Tədbirdə çıxış edənlər Nəsibə xanımın böyük sənətkar olmaqdan əlavə, gənclərə münasibətdə xeyirxah, səmimi, qayğıkeş insan kimi yüksək mənəvi keyfiyyətlərindən də danışmış, xatirələrini söyləmişlər.
Aktrisanın nəvəsi Nəsibə Zeynalova tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.