MƏDƏNİYYƏT
NAXÇIVAN MR-DƏ TELEFON DANIŞIQ KARTLARI SATIŞA BURAXILMIŞDIR
- İlkin variantda 10 min ədəd sifariş verilən bu kartlar 10 000, 20 000 və 50 000 manat dəyərində kartların istifadəçisi şəhərlərarası çıxışı olmayan hər hansı bir telofonla, hətta jetonlu telofonla istənilən yerlə danışıq apara bilər.
Kartın üzərində yığım qaydaları göstərilmişdir. Hər bir şəxs bu kartı aldıqdan sonra 117 nömrəsini yığır və kartın arxa tərəfində olan xüsusi lövhəni pozur. Burada göstərilən on rəqəmli PİN kodu daxil edir və bundan sonra sistem kartın balansı haqqında məlumat verir.
Abonentlər bu kartları Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarının ərazisində yerləşən qəzet köşkləri, poçt rabitə şöbələrindən əldə edə bilərlər. İstifadəçilər kartların paketdə olmasına və PİN kod yazılan xüsusi örtüyün zədəsiz olmasına diqqət yetirməlidirlər.