İQTİSADİYYAT


NEFT DAŞLARINDA HASİLAT ARTACAQDIR

“Azneft” İstehsalat Birliyindən AZƏRTAC-a verilən məlumata görə, ilin ötən 11 ayında Neft daşlarında 751 min 654 ton neft çıxarılmış, proqnoz yerinə yetirilmişdir. Gündəlik hasilat orta hesabla 2 min 250 ton olmuşdur.

Hazırda Neft daşlarında yeni platforma tikilir. Gələn ilin ilk rübündə inşası başa çatdırılacaq bu platformadan yaxın 3-4 il ərzində 32 quyunun qazılması nəzərdə tutulur. 2000-2200 metr dərinliyində quyuların hərəsindən gündə 50-60 ton neft çıxarılması gözlənilir.

1949-cu ildən istismar edilən Neft daşları strukturunda hazırda 460 quyudan neft çıxarılır. Yataqlarda 30 milyon ton neft ehtiyatının qaldığı proqnozlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.