İQTİSADİYYAT
NEFT-MƏDƏN AVADLNLIQLARININ SATIŞ HƏCMİ ARTMIŞDIR
“Azərneftkimyamaş” Açıq Səhmdar Cəmiyyəntinin müəssisələri cari ilin fevral ayında öz daimi alıcılarına 1 milyard 808 milyon manatlıq müxtəlif çeşiddə neft-mədən avadanlığı satmışdır.
Səhmdar Cəmiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, cari ilin əvvəlindən ötən iki ay ərzində 16 milyard 126,8 milyon manat dəyərində avadanlıq satılmışdır ki, bu da 2003-cü ilin müvafiq dövrü ilə müqayisədə 9 milyard 803,8 milyon manat çoxdur.
Neft-mədən avadanlığının əksər hissəsi Dövlət Neft Şirkətinə, respublika daxilində fəaliyyət göstərən yerli və xarici şirkətlərə, qalanı isə Rusiya, Ukrayna, Qazaxıstan və s. ölkələrin müvafiq strukturlarına satılmışdır.