Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“NETTY 2017” - Azərbaycan Milli İnternet Mükafatına start verilib

“NETTY 2017” - Azərbaycan Milli İnternet Mükafatına start verilib

Bakı, 4 aprel, AZƏRTAC 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN), Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən “NETTY 2017”- Azərbaycan Milli İnternet Mükafatına start verilib. Artıq 13-cü dəfə baş tutacaq müsabiqədə iştirak etmək üçün ərizələrin qəbulu “www.netty.az” saytında həyata keçirilir.

NRYTN-dən AZƏRTAC-a bildirilib ki, müsabiqə şərtlərinə əsasən, saytların və müsabiqə iştirakçılarının qeydiyyatı ilə bağlı ərizələrin qəbulu 2017-ci il aprelin 3-dən mayın 15-dək aparılır. Mayın 15-dən 22-dək “NETTY 2017”nin nominantlarının müəyyən edilməsi üçün Ekspert Şurası və Virtual Münsiflər Heyətinin paralel səsverməsi həyata keçiriləcək.

Mayın 22-də isə Ekspert Şurası (Şura hər nominasiya üzrə üç nominant seçir) və Virtual Münsiflər Heyətinin (münsiflər heyəti iştirakçıların ümumi sayından “Virtual münsiflər heyətinin seçimi” nominasiyasında üç nominant seçir) seçiminə əsaslanaraq, “NETTY” Akademiyası öz səsverməsinə başlayır. Akademiya mövcud nominasiyalardan hər birində mükafatın yeganə qalibini müəyyən edir. Göstərilən müddət ərzində müsabiqədən kənar fəxri və həvəsləndirici nominasiyalar üzrə də səsvermə keçirilir. “NETTY 2017” nominasiyalarının qalibləri rəsmi olaraq təntənəli mərasimdə elan ediləcək və qaliblərə əsas mükafat sayılan “NETTY” heykəlciyi təqdim ediləcək. Mükafatlandırma mərasimində mükafatın bütün nominantları iştirak edirlər.

www.netty.az” saytının hər bir ziyarətçisi “Facebook” və ya “Twitter”də öz sosial profilinin məlumatlarından istifadə edərək, Virtual Münsiflər Heyətinin üzvü ola və müsabiqənin nominantları seçimində iştirak edə bilər. Ekspert Şurası – müsabiqənin təşkilat komitəsinin şəxsi dəvəti ilə formalaşır. “NETTY” Akademiyasında isə Azərbaycanın ictimai, dövlət və biznes strukturlarında çalışan nüfuzlu şəxslər təmsil olunur.

Ənənəvi olaraq, müsabiqə çərçivəsində müvafiq nominasiyalar (“Azərbaycan”, “Dövlət saytı”, “Elm və təhsil”, “Mədəniyyət və incəsənət”, “Cəmiyyət”, “İnformasiya və xəbərlər”, “Servis sayt”, “Korporativ sayt”, “Elektron Kommersiya sahəsində ən yaxşı sayt” “İdman”, “Şəxsi sayt”, “Virtual münsiflər heyətinin seçimi”) üzrə Azərbaycanda ən yaxşı saytların adları çəkiləcək. Cari ildə “Əyləncə” nominasiyası ləğv edilib, eyni zamanda, sosial şəbəkələrə istiqamətləndirilmiş iki yeni nominasiya (“Sosial şəbəkələrdə ilin adamı” və “Sosial şəbəkələrdə ilin şirkəti”) əlavə olunub.

Müsabiqə çərçivəsində fəxri nominasiyalar (“İlin proqramı”, “Milli informasiya texnologiyalarının inkişafının zənginləşdirilməsi” və “İlin informasiya texnologiyaları hadisəsi”) üzrə də mükafatlar veriləcək. “İlin informasiya texnologiyaları hadisəsi” nominasiyası üzrə iddiaçıların ərizələrinin təhlili nəticəsində, həmçinin “İlin informasiya texnologiyaları şirkəti” nominasiyasında nominantlar və qalib müəyyən ediləcək.

“NETTY” çərçivəsində bu il ilk dəfə “İlin informasiya texnologiyaları meneceri” nominasiyası keçiriləcək, onun vasitəsilə ölkənin informasiya texnologiyaları departamentlərinin ən yaxşı rəhbərləri (təşkilatın fəaliyyət sahəsindən asılı olmayaraq) müəyyən ediləcək.

Qeyd edək ki, Akademiyanın qərarı ilə 2017-ci ildə müsabiqədə iştirak üçün hər ərizə üzrə 10 AZN qeydiyyat haqqı tətbiq edilir. Mükafatın bütün əsas nominasiyaları üçün qeydiyyat haqqı hər ərizəyə görə 10 AZN təşkil edir. Resursların ərizələrinə ümumi şərtlərlə baxılır. Ödəniş yalnız Təşkilat Komitəsi tərəfindən qeydiyyatın təsdiqindən sonra həyata keçirilir.

Mükafatın baş partnyoru “Azercell” şirkəti, digər partnyorları isə “Bakutel” sərgisi, “SmartHost.az” və “Renley.az” şirkətləri, “Kassir.az” layihəsidir. Tədbirə informasiya dəstəyini “Infocity.az”, “CBC.az” telekanalı, “1news.az”, “Oxu.az”, “Disput.az” və “Salamnews.org” saytları göstərir.

“NETTY” – Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib, Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə, informasiya texnologiyaları bazarının inkişafı məqsədilə yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın ilk peşəkar mükafatıdır. “NETTY” mükafatı Azərbaycanın ən yaxşı veb-layihələri, informasiya texnologiyaları sahəsində mütərəqqi xadimləri üzə çıxarır.

Maraqlananlar partnyorluq məsələləri ilə bağlı sualları “[email protected]” ünvanına göndərə bilərlər.

AZƏRTAC -0-

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib