Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

NİKAS SAFRONOV: HEYDƏR ƏLİYEV KİMİ TARİXİ ŞƏXSİYYƏTLƏR MİN İLDƏ BİR DƏFƏ DOĞULUR, BELƏ İNSANLAR DÜNYANIN LƏL-CƏVARİDİR, ONLARI QORUMAQ, HİFZ ETMƏK GƏRƏKDİR

Mən Heydər Əliyevi yaxından tanıyana qədər, nə gizlədim, ona münasibətim keçmiş SSRİ-nin digər rəhbərlərindən fərqlənmirdi. Buna da səbəb vəziyyəti obyektiv işıqlandırmayan, Heydər Əliyev kimi şəxsiyyətə obyektiv yanaşmayan informasiya vasitələri idi. Kiminsə haqqında nahaqdan mənfi təsəvvür yaradılması adama ağır gəlir. Rusiyada KİV-lər Azərbaycan barəsində, xüsusən də Heydər Əliyev barəsində vaxtilə istər-istəməz qeyri-obyektiv rəy yaradırdılar. 

Lakin onunla tanış olduğum və portretini çəkməyə başladığım andan hər şey dəyişdi. Bu insanla görüşümün elə ilk anları mənim üçün gözlənilməz oldu. Mən elə ilk andan dərk etdim ki, Heydər Əliyev gözəl, alicənab və çox ağıllı bir insandır. Gördüm ki, qarşımda olduqca valehedici, son dərəcə ziyalı və müdrik bir insan dayanıb. Ünsiyyət zamanı onun səmimi və sadə bir insan olduğunu anladım, onun səndən yüksəkdə durduğu hiss olunmur. Başa düşürsən ki, qarşındakı nəhəng bir şəxsiyyətdir, amma bu, səni kiçiltmir və söhbət öz adi məcrasında, səmimilik, mehribanlıq şəraitində gedir. Mən ona dərin rəğbət bəsləyirəm və həmişə ona baxarkən düşünürəm ki, görəsən, Tanrı belə insanları necə yaradır? Lakin Naxçıvana, Prezidentin vətəninə getdikdən, oranın füsunkar təbiətini, gözəlliyini gördükdən sonra bunların necə bir qüvvə olduğunu başa düşdüm, başa düşdüm ki, Naxçıvan hər bir sərkərdənin, hər bir dahi insanın güc, qüvvət ala biləcəyi bir yerdir.

Bu dahi insan, güclü, böyük siyasətçi nəinki öz ölkəsinin görkəmli xadimidir, həm də tarixi şəxsiyyətdir. Hesab edirəm ki, onun haqqında insafsızcasına az danışırlar. Mən istər Qərb, istərsə də MDB ölkələrinin bir çox prezidentləri ilə görüşmüşəm, amma heç vaxt belə müdrik siyasətçiyə rast gəlməmişəm, onlardan heç biri mənə belə güclü təsir bağışlamayıb. Heydər Əliyev onunla, hətta bircə dəfə görüşənlərdə də olduqca dərin, insanın bütün ömrü boyu unutmadığı təəssürat doğurur.

Mən bütün Azərbaycan xalqını Prezidentin yubileyi münasibətilə təbrik etmək istəyirəm. Bu, dünya miqyasında qeyd edilməyə layiq bayramdır, çünki Heydər Əliyev gözəl, parlaq və qeyri-adi bir insandır. Bu, bütün xalqın bayramıdır. Hamı Leninin, Napoleonun və başqalarının doğum günlərini həmişə qeyd edir. Məncə, Heydər Əliyevin yubileyini Bakıda da, Naxçıvanda da, Moskvada da yüksək səviyyədə keçirmək lazımdır. Bu insan tarixdir. Mən demişdim ki, belə insan 100 ildə bir dəfə dünyaya gəlir, amma sonra gördüm ki, səhv edirəm, belə insan min ildə bir dəfə doğulur. Belə insanlar dünyanın ləl-cəvahiridir, onları qorumaq, hifz etmək gərəkdir, çünki onlar bütün varlığını, həyatını əmin-amanlığın, səadətin bərqərar olmasına həsr edir, özlərini isə düşünmür, qorumurlar.

Heydər Əliyevlə tanış olmaq mənim üçün böyük şərəfdir. Onun portretini çəkmək barədə sifarişi yerinə yetirdikdən sonra mən çox portretlər yaratmışam. Elə bu yaxınlarda Corc Buşun portretini çəkdim. Ümumiyyətlə, mən dünyanın məşhur adamlarının bir çoxu ilə tanışam. Amma onlardan heç biri üçün qəlbimdə daha layiqli və daha məhrəm yer saxlamamışam. Mənim öz prezidentim var və ona dərin hörmət bəsləyirəm, bununla belə, qəlbimdə Heydər Əliyevin xüsusi yeri var. Onunla bütün söhbətlər yaddaqalandır və bu söhbətləri araşdırdıqda onların nə qədər dəqiq, aydın, lakonik və dərin olduğunu başa düşürsən. Hesab edirəm ki, həyatda mənim bəxtim yaman gətirmişdir... Güclü siyasi sima olaraq Heydər Əliyevin qüdrətini həm onun qədir-qiymətini bilən, onunla fəxr edən insanlar, həm də düşmənləri, bədxahları etiraf edirlər.

Ümumiyyətlə, mənim üçün yeni dünya, yeni ülvi duyğular açdığına, yeni yaradıcılıq ilhamı verdiyinə görə Azərbaycana minnətdaram. Heydər Əliyev Azərbaycan deməkdir. Heydər Əliyevlə Azərbaycan bir-birindən ayrılmazdır, canbir qəlbdir. Bilirəm ki, tezliklə Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcəkdir. Ürəkdən arzu edirəm ki, Azərbaycan xalqı yanılmasın, müdrik olsun və dünyada tanınmış liderə - öz ölkəsinə, onun problemlərinə dərindən bələd olan Heydər Əliyevə səs versin. Bu, Azərbaycan xalqının yeganə və doğru-düzgün seçimi olacaqdır, çünki Heydər Əliyevdən yaxşı namizəd yoxdur.

Mən ona cansağlığı, uzun ömür diləyirəm və ən böyük arzum budur ki, Allah onu dərd-bəladan hifz edib qorusun, Tanrı həmişə ona yar olsun. Mən özümü azərbaycanlı bilirəm, mən sizin oğlunuzam, Azərbaycanı öz ölkəm hesab edirəm və heç kimə imkan vermirəm ki, sevimli Azərbaycanım haqqında artıq-əksik danışsın.

Mən yubilyarımızı ürəkdən təbrik edirəm və tezliklə Vətənə dönməsini arzulayıram. O, dahi bir insandır və onu fərqləndirən əsas keyfiyyət yenilməz iradəsidir, bu iradənin gücünə isə hətta düşmənlər də pərəstiş edirlər.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi