“NUR” UŞAQ VƏ GƏNCLƏR İCTİMAİ BİRLİYİNİN TƏMSİLÇİLƏRİ TƏDBİRLƏR KEÇİRİRLƏR
Bu xəstəlik respublikamızın bəzi endemik rayonlarında 8-14 yaşlı məktəblilər arasında 98-100 faizə, qeyri-endemik ərazilərdə isə 77-86 faizə çatır. Əas səbəb ətraf mühitdə yodun az olmasıdır.Təsadüfü deyildir ki, bu il yanvar ayının 1-dən etibarən respublikamızda yodlaşdırılmamış duzun istehsalı və satışı qadağan edilmişdir.
YUNİSEF-in Azərbaycan nümayəndəliyinin xətti ilə respublika “Nur” Uşaq və Gənclər İctimai Birliyinin təmsilçiləri məhz 16 rayonda yod defisitli xəstəliklər və duzun universal yodlaşdırılmasına dair dəyərləndirmə işləri məqsədilə tədbirlərə başlamışlar.
Birliyin təmsilçiləri iyulun 31-də Ağsu rayonuna gəlmişlər. Onlar müvafiq təşkilatlarda, o cümlədən rayon mərkəzi və uşaq xəstəxanalarında, gigiyena və epidemiologiya mərkəzində olmuş, ictimaiyyət nümayəndələri ilə görüşlər keçirmişlər.
Respublika “Nur” Uşaq və Gənclər Birliyinin sədri Sevinc Məsiyevanın rəhbərlik etdiyi təmsilçilər hər yerdə yodlaşdırılmış duzun istifadəsinə dair əhalinin maarifləndirilməsi işləri ilə tanış olmuş, bu məqsədlə metodik tövsiyələr və xüsusi maarifləndirmə materialları paylamışlar.