“NÜVƏ İXRACINA NƏZARƏT” MÖVZUSUNDA GÖRÜŞ KEÇİRİLMİŞDİR
Ukraynanın Aluşta şəhərində Arqon Milli Laboratoriyası və ABŞ-ın digər laboratoriyalarının iştirakı ilə Texniki Ekspertlərin İşçi Qrupunun “Nüvə ixracına nəzarət” mövzusunda birgə görüşü keçirilmişdir. Qazaxstan, Ukrayna, Rusiya, Gürcüstan və Azərbaycan nümayəndə heyətlərinin iştirak etdiyi görüş ABŞ Energetika Nazirliyi tərəfindən təşkil olunmuşdur. Bu beynəlxalq tədbirdə Azərbaycanı təmsil edən Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru, kimya elmləri doktoru, professor Adil Qəribov AZƏRTAC-ın müxbirinə demişdir ki, görüşdə nüvə ixracına aid olan müxtəlif məsələlər müzakirə edilmiş və bu sahədə geniş təcrübəyə malik ölkələrin nümayəndələrinin məruzələri dinlənilmişdir. ”Azərbaycanda nüvə ixracına nəzarətin vəziyyəti” mövzusunda məruzəmdə hökumətimizin bu sahədə geniş işlər gördüyünü, nəzarət tədbirlərinin keçirilməsinin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində mümkün olmadığını, məhz bu səbədən nüvə, radiaktiv və ikitəyinatlı məhsulların Erimənistan əarzisindən hər hansı bir başqa ölkəyə daşına biləcəyini iştirakçıların nəzərinə çatdırdım. Görüş çərçivəsində MDB ölkələrinin nümayəndələri ilə əlaqələr yaradılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Yaz ətirli poeziya
- [10:42]
Neftçalada yol qəzası olub, xəsarət alanlar var
- 09.05.2024 [23:02]
Azərbaycan güləşçisi: Uğurumu “Paris-2024”də davam etdirmək istəyirəm
- 09.05.2024 [22:55]
Ankarada “Heydər Əliyev və Türk dünyası” adlı anım proqramı təşkil olunub
- 09.05.2024 [22:35]
“Scandinavian Airlines” aviaşirkətinin təyyarəsi Bakıya təcili eniş edib
- 09.05.2024 [22:09]
Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya əldə edib YENİLƏNİB-2
- 09.05.2024 [21:38]
Fransa dənizaşırı departamenti Mayotda vəba xəstəliyi yayılıb
- 09.05.2024 [21:36]
Azərbaycanın kişi boksçuları lisenziya turnirinə Tailandda hazırlaşacaqlar
- 09.05.2024 [21:17]
Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib
- 09.05.2024 [20:44]
Yasamalda yol qəzası olub, “Qələbə” dairəsi istiqamətində sıxlıq yaranıb
- 09.05.2024 [20:21]
Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət daha 90 gün uzadılıb
- 09.05.2024 [19:37]
Naxçıvan şəhərində yaşayış evlərinə qrunt suları yığılıb
- 09.05.2024 [19:21]
Göyçə mahalındakı Ağbulaq kənd məktəbinin 100 illik yubileyi qeyd olunub
- 09.05.2024 [19:09]