SİYASƏT


N saylı hərbi hissədə general Səməd bəy Mehmandarovun xatirəsi anılıb

Bakı, 12 oktyabr, AZƏRTAC

Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi naziri, general Səməd bəy Mehmandarovun anadan olmasının 164-cü ildönümü ilə bağlı Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, anım mərasimində çıxış edənlər Səməd bəy Mehmandarovun şərəfli həyat və döyüş yolundan danışıb, dövrünün görkəmli şəxsiyyətlərindən biri, eləcə də tanınmış hərbi xadim kimi Azərbaycan xalqı üçün xidmətlərindən bəhs ediblər.

Çıxışlardan sonra tədbir iştirakçıları Səməd bəy Mehmandarovun həyat və fəaliyyətindən bəhs edən videoçarxa baxıblar.

Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi tərəfindən hazırlanmış hərbi vətənpərvərlik mahnılarının ifası ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.