CƏMİYYƏT


Nadir Zeynalov: Ev şəraitində müalicə alan koronavirus xəstələrinin dərmanla təminatı məsələsi həll ediləcək

Bakı, 30 iyun, AZƏRTAC 

Ev şəraitində müşahidə və müalicə ancaq simptomsuz, yəni əlaməti olmayan yoluxmuş şəxslər və COVID-19-un yüngül əlamətləri qeydə alınan, müvafiq olaraq toksik ağır təsirli dərmanlarla müalicəyə ehtiyacı olmayan şəxslər üçün nəzərdə tutulur. Simptomsuz xəstələrin müşahidəsi, yüngül əlamətləri olan xəstələrin isə immun sistemini tənzimləyən və gücləndirən dərmanlarla, əsasən vitaminlərlə təchiz olunması planlaşdırılır. Bu dərmanların poliklinikalar vasitəsilə qeydiyyata alınmış yoluxmuş şəxslərə və əlamətləri olan şəxslərə çatdırılması nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 30-da keçirdiyi mətbuat konfransında Səhiyyə Nazirliyi Aparatının rəhbəri Nadir Zeynalov məlumat verib.

O deyib ki, virusa yoluxmuş şəxslərin apteklərə getməsi yolverilməzdir. Ümumiyyətlə, koronavirusa yoluxmuş şəxslərin təcrid edilməsi, heç yerə çıxmaması tələb olunur. Ev şəraitində müalicə alan xəstələrin dərmanla təmin olunması məsələsi həll ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.