DÜNYA
Nadir çəhrayı almaz hərracda 8,75 milyon dollara satılıb
Bakı, 14 mart, AZƏRTAC
Lesoto mədənində tapılan 13,33 karatlıq çəhrayı almaz Belçikanın Antverpen şəhərində keçirilən hərracda 8,75 milyon dollara satılıb.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə almazın keçmiş sahibi “Gem Diamonds” kompaniyası məlumat yayıb. Almazın hər karatının qiyməti 657 min dollar təşkil edir, bu da cilalanmamış qiymətli daş üçün rekord göstəricidir.
Ötən il “Pink Legacy” qiymətli daşı cilalanma və hamarlamadan sonra 50 milyon dollardan baha satılaraq çəhrayı brilyantlar üçün rekord müəyyən etmişdi – karatına görə 2,6 milyon dollar.
Qeyd edək ki, çəhrayı almazlar çox nadir tapıntıdır. Onlar bütün dünyada hasil edilən almazların cəmi 2 faizini təşkil edir. Bununla yanaşı, çəhrayı rəngli qiymətli daşların 90 faizdən çoxunun çəkisi karatın beşdə birindən az olur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]