İQTİSADİYYAT


“Nağdsız ödənişlərə dəstək verin!” çağırışlı videoçarx hazırlanıb

Bakı, 13 avqust, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vətəndaşların maarifləndirilməsi istiqamətində tədbirlərini davam etdirir. Qurumun “Nağdsız ödənişlərə dəstək verin!” sosial çağırışlı növbəti videoçarxı da bu qəbildəndir.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, videoçarxda istehlakçıların POS-terminallardan istifadə etməsinin vacibliyi diqqətə çatdırılır, eləcə də kartla və birbaşa təmas olmadan ödənişin virusdan qorunmaq baxımından əhəmiyyəti vurğulanır. Videoçarx nağdsız ödənişlərin üstünlüklərini təbliğ edən maarifləndirici tədbirlərin davamıdır. “Alış-veriş zamanı POS-terminaldan istifadə edin!”, “Kartla ödəyin, hətta virusdan qorunun!”, “Nağdsız ödənişlərə dəstək verin!” çağırışları pandemiya və “kölgə iqtisadiyyatı” ilə mübarizənin vəhdətini yaradır.

Videoçarxın daha bir hədəfi vergiödəyicilərini maliyyə sanksiyalarına məruz qalmaqdan qorumaqdır. Belə ki, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə həmin aparatların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə vergiödəyicisinə maliyyə sanksiyası tətbiq olunur. Videoçarx bu məqamı vurğulamaqla istehlakçılarla yanaşı, sahibkarların da maarifləndirilməsinə xidmət edir.

Qeyd olunub ki, nağdsız ödənişlərin stimullaşdırılması Dövlət Vergi Xidmətinin prioritet istiqamətlərindəndir. Bu, həm də “kölgə iqtisadiyyatı”nın azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.