İDMAN


Namiq Ələsgərov “Neftçi”nin heyətində 30-cu qolunu vurub

Bakı, 26 aprel, AZƏRTAC

Namiq Ələsgərov “Neftçi”nin heyətində 30-cu qolunu vurub.

AZƏRTAC xəbər verir ki, Premyer Liqanın XXIV turunun “Sabah”la görüşündə (2:2) dubla imza atan yarımmüdafiəçinin ilk qolu onun “ağ-qaralar”ın heyətində yubiley topu olub. Paytaxt klubunda 119-cu matçına çıxan futbolçu ikinci dəfə fərqlənməklə qol sayını 31-ə çatdırıb. Bu qolların 28-i Premyer Liqa, 2-si ölkə kuboku, 1-i Avropa Liqasına təsadüf edib.

N.Ələsgərov “Neftçi”nin tarixində 30 və daha çox qol vuran 41-ci oyunçudur. Bu siyahıya Samir Ələkbərov (142), Anatoli Banişevski (136) və Yunis Hüseynov (103) başçılıq edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.