İDMAN


“Nant” “Kardiff”dən FIFA-ya şikayət etmək niyyətindədir

Bakı, 20 fevral, AZƏRTAC 

Fransanın “Nant” klubu argentinalı futbolçu Emiliano Salaya görə 15 milyon funt sterlinqi ödəmədiyi üçün Uelsin “Kardiff” klubundan FIFA-ya şikayət verməyə hazırlaşır. AZƏRTAC bunu TASS informasiya agentliyinə istinadla bildirir.

Xatırladaq ki, E.Sala yanvarın 21-də yüngülmotorlu “PA 46 Malibu” təyyarəsinin La-Manş körfəzindəki Norman adaları rayonunda qəzaya uğraması nəticəsində həlak olub. Faciəyə iki gün qalmış 28 yaşlı Sala “Nant”dan “Kardiff”ə keçib.

“Nant” E.Salanın “Kardiff”ə keçməsinə görə ödəniş etməyi futbolçu hələ itkin düşmüş sayılanda tələb edib. Şərtlərin yerinə yetirilməyəcəyi təqdirdə valliyalıları məhkəmə ilə hədələyib. Müqavilənin şərtlərinə görə, futbolçunun “Kardiff”in heyətinə keçməsinə görə məbləğ Uelss klubu tərəfindən üç il ərzində hissə-hissə ödənilməlidir. Buna görə də “Nant” 5 milyon funt sterlinq məbləğində birinci tranşın ödənilməsində israrlıdır. Tərəflər müqavilənin məbləği barədə razılaşmanı yanvarın 19-da əldə ediblər. İki gün sonra isə argentinalının “Kardiff”ə keçməsi barədə beynəlxalq sertifikat Uelss Futbol Assosiasiyasında qeydə alınıb.

“Nant” argentinalının transferi ilə bağlı bir sıra suallara cavab verməyənə qədər “Kardiff” Fransa klubuna pul ödəməkdən imtina edir. Valliyalılar bilmək istəyirlər: uçuşu kim təşkil edib? Nə üçün Sala lazımi qəza aparatı ilə təchiz olunmayan birmotorlu təyyarədə gecə vaxtı yola düşüb? Pilot Devid İbbotsonun kommersiya uçuşları üçün lisenziyası olubmu?

“Kardiff” daha əvvəl “Nant”ın argentinalıya görə 15 milyon funt strerlinqin ödənilməsini tələb etməsi fonunda Salanın “şübhəli transferinin” təfərrüatının araşdırılması üçün polisə, FIFA-ya və İngiltərə Premyer-Liqasına müraciət etmək niyyətində olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.