İQTİSADİYYAT
“Nar Mobile” Mətbuat klubunda jurnalistlərlə növbəti görüş
Bakı, 20 noyabr, AZƏRTAC
“Nar Mobile” Mətbuat klubunda media nümayəndələri ilə keçirilən növbəti görüşdə “Azerfon” şirkətinin builki fəaliyyəti və şirkətin mobil rabitə təminatçısı və rəsmi tərəfdaşı olduğu “Bakı-2015” Avropa Oyunları barədə məlumat verilib.
AZƏRTAC xəbər verir ki, görüşdə şirkətin marketinq üzrə baş direktoru Maksim Fyodorov təqdimatla çıxış edib və “Nar Mobile” mobil operatorunun fəaliyyətindəki yeniliklərdən söhbət açıb.
Görüşdə iştirak edən ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin nümayəndələri aparılan hazırlıq işlərindən danışıblar.
Qeyd edək ki, “Nar Mobile” 2007-ci ildən fəaliyyət göstərir. Bu illər ərzində şirkət sərfəli qiymət siyasətinə daim sadiq qalaraq müxtəlif tarif planları təqdim edib. “Nar Mobile” “Bakı 2015” Avropa Oyunlarının rəsmi mobil rabitə təminatçısıdır.