REGİONLAR


Nar və zeytun bağlarına ayrılacaq subsidiyalar açıqlanıb

Bakı, 7 sentyabr, AZƏRTAC

Deqradasiyaya uğramış və bonitet balı aşağı olan torpaq sahələrində 2022-ci ildə salınacaq intensiv nar və zeytun bağlarının hər hektarına müvafiq olaraq 5000 və 4900 manat birdəfəlik əkin subsidiyasının ödənilməsi nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə sentyabrın 7-də Aqrar Tədqiqatlar Mərkəzində keçirilən mətbuat konfransında Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov deyib.

O bildirib ki, boş olan Meşə Fondu torpaqlarında, dağlıq və dağətəyi ərazilərdə salınacaq intensiv fındıq bağlarının hər hektarına görə 4400 manat birdəfəlik əkin subsidiyasının ödənilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.