REGİONLAR


Narkomaniya bəşəriyyətin bəlasıdır

Astara, 1 dekabr, İlkin Adıyev, AZƏRTAC

Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının, Lənkəran Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Astara rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çıxışlarda narkotik maddələrdən psixi və fiziki asılılıq, davranışlarda baş verən dəyişikliklər, eyni zamanda, psixoaktiv maddələrdən istifadənin risk amilləri, narkotik asılılığının formalaşma mərhələləri, onların sağlamlığa zərərli təsiri barədə ətraflı məlumat verilib.

Sonra tədbir iştirakçıları Astara rayon Heydər Əliyev Mərkəzinin və Astara rayon Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda sərgi ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.