“Narkomaniyaya birlikdə yox deyək” adlı şüar elektron informasiya terminallarında
AzerTAg.az
Bakı, 23 iyun, AZƏRTAC
İyunun 23-dən etibarən bir həftə ərzində Həsən bəy Zərdabi, Yusif Səfərov, Səməd Vurğun, Heydər Əliyev, Şıxəli Qurbanov, A.Bakıxanov, Afiyəddin Cəlilov, Tbilisi, Rəşid Behbudov, Hüseyn Cavid, Mikayıl Hüseynov, Ziya Bünyadov küçə və prospektlərində mövcud olan elektron informasiya terminallarında “Narkomaniyaya birlikdə yox deyək” adlı şüar nümayiş olunur.
AZƏRTAC xəbər verir ki, bu şüar Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət İşçi Qrupu və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi ilə birgə əməkdaşlığı çərçivəsində 26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar ictimai maarifləndirmə istiqamətində görülən işlərin təsirliyini artırmaq məqsədi daşıyır.




Xəbərin mətnində orfoqrafik səhv var