CƏMİYYƏT
Narkomanlığın zərərləri ilə bağlı avtobus dayanacaqlarında sosial lövhələr quraşdırılıb
Bakı, 25 yanvar, AZƏRTAC
Narkomanlığın zərərləri ilə bağlı avtobus dayanacaqlarında sosial lövhələr quraşdırılıb.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupundan məlumat verilib.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun müvafiq tapşırıq və göstərişlərinə əsasən, Dövlət Komissiyasının işçi qrupunun təşəbbüsü ilə sağlam həyat tərzinin təbliği və narkomanlığın zərəri ilə bağlı müasir dizaynla tərtib olunmuş 40 sosial lövhə Bakı Nəqliyyat Agentliyi ilə əməkdaşlıq çərçivəsində yanvarın 21-dən etibarən avtobus dayanacaqlarında yerləşdirilib.