Narkotik saxlamaqda şübhəli bilinən qadın saxlanılıb VİDEO
AzerTAg.az
Gəncə, 5 yanvar, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsi 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Diana Mehdiyeva saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə Regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, onun üzərinə baxış keçirilən zaman 5.54 qram marixuana aşkar edilib. Saxlanılan şəxsin ətrafında davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki istifadəyə yararsız tikilidə gizlətdiyi 6 torbada ümumi çəkisi 36 kiloqram 745 qram marixuana da aşkar edilib.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib. Faktla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.




Xəbərin mətnində orfoqrafik səhv var