CƏMİYYƏT


Narkotik vasitələrin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 18 avqust, AZƏRTAC

Narkotik vasitələrin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında İdarənin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından ölkəmizə piyada gələn Azərbaycan Respublikası vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı həmin şəxsin daxili orqanı-düz bağırsağından 2 ədəd bükümdə xalis çəkisi 11,05 qram olan narkotik vasitə heroin və bir ədəd bükümdə xalis çəkisi 1,3 qram olan psixotrop maddə-metamfetamin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.