CƏMİYYƏT


Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb

Bakı, 11 dekabr, AZƏRTAC 

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Yasamal rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.İsmayılov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi axtarış zamanı ondan 6 qrama yaxın heroin götürülüb.

Davam etdirilən tədbirlərlə onun evindən isə əlavə 32 qramdan artıq heroin, 107 qramdan çox tiryək, 103 qramdan artıq marixuana, 109 qramdan çox metamfetamin, metadon və bir elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.