İDMAN


Natiq Zeynalov: Milli Atçılıq Festivalı ölkəmizdə idmanın bu növünün inkişafına mühüm töhfə verir

Bakı, 8 iyun, AZƏRTAC

Çövkən oyunu üzrə “100 İllik Yubiley Kuboku” turniri maraqlı idman mübarizəsi şəraitində keçir. Turnir yüksək səviyyədə təşkil olunub və yarışlara maraq çox böyükdür.

Bu sözləri Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Cümhuriyyətin 100 illik yubileyinə həsr olunan Milli Atçılıq Festivalı çərçivəsində keçirilən çövkən milli atüstü oyunu üzrə “100 İllik Yubiley Kuboku” turnirində mübarizə aparan “Omar” klubunun təsisçisi Natiq Zeynalov AZƏRTAC-a müsahibəsində deyib.

Turnirdə növbəti qələbəsini qazanaraq finala yüksələn “Omar” komandasının çempionluğa iddialı olduğunu vurğulayan N.Zeynalov bildirib: “100 İllik Yubiley Kuboku” yüksək səviyyədə davam edir. Biz növbəti qələbəmizi qazandıq. Demək olar ki, turnirin ən təcrübəli oyunçuları bizim komandadadır. Bizim İrlandıyada təhsil almış oyunçularımız var. Məhz belə güclü çaparlarımızın sayəsində final mərhələsinə yüksəldiyimiz üçün çox sevinirəm. Finaldakı rəqibimiz “Sərhədçi” komandasıdır. Ümid edirik ki, finalda da qalib gəlib “100 İllik Yubiley Kuboku”na sahib olacağıq”.

Ölkəmizdə atçılıq idmanının inkişafında ARAF-ın fəaliyyətini xüsusi qeyd edən N.Zeynalov Federasiyanın bu istiqamətdə mütəmadi tədbir və yarışlar təşkil etdiyini bildirib. O, turnirin yüksək səviyyədə təşkilinə görə ARAF-ın rəhbərliyinə minnətdarlığını ifadə edib. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunan Milli Atçılıq Festivalı ölkəmizdə idmanın bu növünün inkişafına və təbliğinə mühüm töhfə verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.