Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 25-ci ildönümü qeyd olunub

Naxçıvan, 22 avqust, AZƏRTAC

Avqustun 22-də “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının 25-ci ildönümü qeyd olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri general-mayor Asəf Quliyev Ali Məclisin Sədrinə raport verib.

Ali Məclisin Sədri ümummilli lider Heydər Əliyevin büstü önünə gül qoyub, dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad edib.

Sonra Ali Məclisin Sədri sərhədçiləri salamlayıb, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının 25-ci ildönümü münasibətilə şəxsi heyəti təbrik edərək deyib: Hər bir ölkənin müstəqilliyinin və dövlətçiliyinin ən mühüm şərtlərindən biri onun dövlət sərhədlərinin olmasıdır. Dövlət sərhədi olmayan və sərhədi qorunmayan ölkə müstəqil ola bilməz. Azərbaycanda dövlət müstəqilliyi elan olunan gündən onun ayrılmaz hissəsi olan Naxçıvanda sərhədlərin milli sərhəd qüvvələri tərəfindən qorunması gündəlikdə dayanırdı. Həmin vaxt Sovetlər Birliyinin Naxçıvandakı sərhədlərində 41-ci Sərhəd Dəstəsi dayanmışdı. Sərhədin Ordubad və Sədərəkdən keçən hissəsinin mühafizəsini aparan sərhəd zastavaları Ermənistan ərazisindəki sərhəd dəstəsinin tabeliyində idi. O dövrdə Naxçıvan Muxtar Respublikasının rəhbəri olan ulu öndər Heydər Əliyevin səyi ilə həmin sərhəd zastavaları Naxçıvandakı 41-ci Sərhəd Dəstəsinin tabeliyinə verildi. Mühüm siyasi və tarixi əhəmiyyət daşıyan bu addım muxtar respublikanın sərhədlərinin etibarlı müdafiəsini və milli sərhəd dəstəsinin yaradılmasını şərtləndirdi. 1992-ci il avqustun 22-də Naxçıvandakı sərhəd dəstəsində Ümummilli Liderimizin rəhbərliyi ilə ilk dəfə olaraq Azərbaycanın üçrəngli bayrağı qaldırıldı və Azərbaycanın ilk milli sərhəd dəstəsinin təməli qoyuldu.

Ulu öndərimiz Heydər Əliyev Naxçıvanda ilk sərhəd dəstəsinin yaradılması barədə demişdir: “Azərbaycan müstəqillik yolu ilə getməyə başlayanda respublikamızda sərhəd dəstələri yaratmaq zərurəti meydana çıxdı. O cümlədən burada Azərbaycanın ərazisindən ayrı düşmüş və o illərdə, elə indi də blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasında da bu problemi həll etmək lazım idi. Biz bu problemi həll etdik. 41 nömrəli Sərhəd Dəstəsinin bütün əmlakı, bütün qurğular, silahlar, sursatlar, ləvazimatlar, texnika Naxçıvan Muxtar Respublikasının sərəncamına keçdi... Əminəm ki, Naxçıvan Sərhəd Dəstəsi günü-gündən inkişaf edəcək, sərhədlərimiz etibarlı şəkildə qorunacaqdır”.

“Naxçıvan Sərhəd Dəstəsinin inkişafı Ümummilli Liderimizin ali hakimiyyətə qayıdışından sonra da diqqət mərkəzində saxlanmış, burada nümunəvi və peşəkar sərhəd qüvvələri formalaşmışdır”, - deyən Ali Məclisin Sədri bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2004-cü ildə Naxçıvan Sərhəd Dəstəsinin bazasında “Naxçıvan” Sərhəd Diviziyası yaradılıb, 2015-ci ildə Sərhəd Diviziyası “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına çevrilib. Bununla da muxtar respublikanın sərhədlərinin mühafizəsi, bu sahədə həyata keçirilən quruculuq işləri yeni mərhələyə qədəm qoyub. Son illər müasir sərhəd zastava kompleksləri tikilərək istifadəyə verilib, maddi-texniki baza gücləndirilib, sərhədçilərin xidmət və məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılıb, şəxsi heyətin peşəkarlığı artırılıb.

Ali Məclisin Sədri sonra deyib: Sərhəd dövlətimiz üçün müqəddəsdirsə, sərhədçi olmaq, sərhədləri qorumaq isə şərəfli işdir. Hər bir sərhədçi öz xidməti ilə nümunə göstərməli, sərhədlərin mühafizəsinə həmişə hazır olmalıdır. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 25-ci ildönümü münasibətilə bir daha şəxsi heyəti təbrik edir, hər birinizə xidməti-döyüş fəaliyyətinizdə uğurlar arzulayır, şərəfli Azərbaycan sərhədçisi adını doğruldacağınıza inamla çıxışımı ölkə Prezidenti cənab İlham Əliyevin fikirləri ilə tamamlayıram: “Sərhədlərimizin qorunması təhlükəsizliyimizin təmin edilməsi deməkdir”.

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri general-mayor Asəf Quliyev çıxış edərək deyib ki, ümummilli liderimiz Heydər Əliyevin ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi vəzifələrin uğurlu icrası “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının da hərtərəfli inkişafına səbəb olub, şəxsi heyətin xidməti-döyüş hazırlığı və peşəkarlığı artırılıb, muxtar respublikanın sərhədlərinin etibarlı müdafiəsi təşkil olunub. Ötən dövrdə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının qərargahı, əsgər xəstəxanası, hamam-camaşırxana kompleksi, çörək sexi və Şərur sərhəd komendantlığı yenidən qurulub, 9 sərhəd zastava kompleksi və Culfa sərhəd komendantlığı müasir tələblərə uyğun tikilərək istifadəyə verilib, bütün bölmələr üzrə anbarlar əsaslı təmir olunub. Aparılmış abadlıq işləri ərazini müasir hərbi şəhərciyə çevirib. Sərhədçi ailələrinin sosial məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılıb, yaşayış binaları əsaslı təmir olunub, mərkəzləşdirilmiş istilik sistemi yaradılıb, hərbi şəhərcikdə müasir uşaq bağçası tikilərək istifadəyə verilib. Bütün bunlar sərhədçilərə və onların ailələrinə göstərilən qayğının daha bir nümunəsidir. Asəf Quliyev “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının inkişafı və sərhəd xidmətinin nümunəvi təşkili sahəsində həyata keçirilən tədbirlərə görə şəxsi heyət adından minnətdarlıq edib.

Əsgər Elgiz Tağıyev deyib ki, muxtar respublikada müasir sərhəd infrastrukturu yaradılıb. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında, eləcə də ən ucqar sərhəd zastavalarında hərtərəfli xidmət şəraiti yaradılıb. Sərhədçilərin qidalanmasına, sağlamlıqlarının qorunmasına və peşəkarlıqlarının artırılmasına xüsusi diqqət yetirilir. Şəxsi heyət arasındakı birlik, eləcə də müasir silah və texnika təminatı qüdrətimizi daha da artırır. Bundan sonra da muxtar respublikada dövlət sərhədlərinin keşiyində ayıq-sayıq dayanacağıq. Hər bir sərhədçi Ulu Öndərimizin əmanəti olan dövlət sərhədlərini göz bəbəyi kimi qoruyacaq, dahi şəxsiyyətin ideyalarına daim sadiq qalacaqdır.

Sonra tədbirdə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” və “Rəşadətli əməyə görə” nişanlarının, bir qrup sərhədçiyə isə Ali Məclis Sədrinin hədiyyələrinin təqdimatı olub. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 21 avqust tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında sərhəd xidmətində səmərəli fəaliyyətinə görə 4 sərhədçi “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə”, 5 sərhədçi isə “Rəşadətli əməyə görə” nişanları ilə təltif olunub.

Ali Məclisin Sədri “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” və “Rəşadətli əməyə görə” nişanlarını, eləcə də hədiyyələri sərhədçilərə təqdim edib.

Şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.

Sərhədçi ailələri ilə görüşən Ali Məclisin Sədri onları “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının 25-ci ildönümü münasibətilə təbrik edərək deyib: Son illər “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında və zastavalarda geniş quruculuq işləri aparılmış, müasir infrastruktur yaradılmış, sərhəd xidməti tam təkmilləşdirilmişdir. Bu gün sərhədlərimiz etibarlı qorunur. Hər bir zabit və gizir sərhədçi adını doğrultmaq üçün xidmətə məsuliyyətlə yanaşır. Xidmətin uğurlu alınmasında sərhədçi ailələrinin də böyük dəstəyi vardır.

Sərhədçi ailələri adından minnətdarlıq edən Dürdanə Ağayeva deyib: Bu gün muxtar respublikada sərhədçi ailələrinə hərtərəfli qayğı göstərilir. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında geniş quruculuq işləri aparılıb, müasir hərbi şəhərcik salınıb, uşaq bağçası istifadəyə verilib. Rahat və müasir mənzillərdə yaşayırıq. Övladlarımızın tərbiyə olunması və yaxşı təhsil alması üçün lazımi şərait yaradılıb. Həyata keçirilən tədbirlər, yaradılan şərait sərhədçi ailələri tərəfindən minnətdarlıq hissi ilə qarşılanır.

Sonra “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının anbarlarına baxış olub.

Bildirilib ki, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının anbarları müasir tələblər səviyyəsində qurulub. Diviziyanın ərzaq anbarlarında soyuducu kameralar quraşdırılıb, ərzaqların keyfiyyəti dəyişilmədən uzun müddət saxlanılması təmin edilib. Həmçinin mənzil-istismar, avtomobil nəqliyyatı, əşya-geyim, silah, mühəndis materialları və rabitə avadanlıqları anbarları da əsaslı şəkildə yenidən qurulub, yeraltı sursat anbarı inşa olunub. Ərazidə avtomobil və texnikaların saxlanılması və hərəkəti üçün də lazımi şərait yaradılıb.

Ali Məclisin Sədri şəxsi heyətin qidalanmasına və sağlamlıqlarının qorunmasına ciddi diqqət yetirilməsinin vacibliyini vurğulayıb, xidmətin təşkili ilə bağlı müvafiq tapşırıqlar verib.

Sonra Ali Məclisin Sədri əsgər yeməkxanasına baxıb, çay süfrəsi arxasında əsgərlərlə söhbət edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib