REGİONLAR
Naxçıvan Dövlət Universiteti müəlliminin elmi məqaləsi impafaktorlu jurnalda işıq üzü görüb
Naxçıvan, 21 yanvar, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət kafedrasının baş müəllimi Ləman Məmmədovanın “Azərbaycan miniatürlərinin universal dili” adlı elmi məqaləsi impafaktorlu “Beynəlxalq humanitar və təbii elmlər jurnalı”nda (“İnternational Journal of Humanities and Natural Sciences”) dərc olunub.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, məqalədə Azərbaycan miniatürlərində zəngin fəlsəfi dünyagörüşü, bədii-estetik təfəkkürü, düşüncəsi, rəsmetmədə özünəməxsus üslub və ifadə tərzlərinin peşəkarlıq səviyyəsi, tipologiyası, metod və üsulları haqda ətraflı məlumat verilib.
Məqalədə qeyd edilib ki, klassik miniatür sənətinin üslub xüsusiyyətlərindən istifadə edilməsi Azərbaycan təsviri sənətinin sonrakı inkişaf dövrlərində daha da genişlənib, boyakarlıq, qrafika, xüsusən kitab illüstrasiyası sahələrində bir sıra rəssamların yaradıcılıq axtarışları uğurlu əsərlərin yaranması ilə nəticələnib.