SİYASƏT


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Beynəlxalq Şahmat Federasiyasının prezidenti ilə görüşüb

Naxçıvan, 2 oktyabr, AZƏRTAC

Oktyabrın 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Naxçıvanda 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının keçirilməsinə verilən dəstəyə görə təşəkkür ifadə olunub, Naxçıvan Muxtar Respublikasında şahmatın inkişafı sahəsində görülən işlər və bu idman növünün kütləviləşməsi ilə bağlı həyata keçirilən tədbirlərdən danışılıb, olimpiadanın yüksək səviyyədə təşkil edildiyi bildirilib.

Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov görüşdə iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.