REGİONLAR


Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi karantin rejimi ilə bağlı muxtar respublika sakinlərinə müraciət edib

Naxçıvan, 10 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi karantin rejimi ilə bağlı muxtar respublika sakinlərinə müraciət edib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, müraciətdə deyilir:

“Hörmətli naxçıvanlılar!

Sağlam gələcək naminə özünüzün və doğmalarınızın evdə qalmalarını təmin edin.

Kütləvi tədbirlərin (qonaqlıqların, ad günü tədbirlərinin, nişan mərasimlərinin və s.) təşkilindən və ya bu cür tədbirlərdə iştirak etməkdən yayının.

Səyahət etməkdən çəkinin.

Mümkün qədər ictimai nəqliyyatdan istifadə etməyin.

Zərurət olmadıqca şəxsi avtomobilinizdən istifadə etməyin.

Sosial şəbəkələrdə yanlış məlumatların yayılmasına şərait yaratmayın, yalnız rəsmi məlumatlara əsaslanın.

Karantin rejimi ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərə sözsüz əməl edin.

Xidmətdə olan polis əməkdaşlarının vəzifələrinin icrasına köməklik göstərin.

Unutmayın ki, karantin qaydalarına riayət etməklə özünüzün və doğmalarınızın həyat və sağlamlıqlarını qoruyursunuz.

Yadda saxlayın: Karantin qaydalarının pozulması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) əsasən inzibati məsuliyyətə səbəb olur.

Biz sizin üçün xidmətdəyik, siz də bizim üçün evdə qalın!”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.