REGİONLAR


Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsi təkmilləşdirilib

Naxçıvan, 15 oktyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin vergi.nakhchivan.az rəsmi internet səhifəsi daha da təkmilləşdirilərək vergiödəyicilərinin və ictimaiyyətin istifadəsinə verilib. İnternet səhifəsinin vizual görüntüsü dəyişdirilib, daha çox müraciət olunan bölmələr xüsusi bannerlərlə saytın əsas səhifəsinə yerləşdirilib.

Xidmətdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, vergiödəyiciləri üçün əlçatanlığı daha rahat təmin etmək məqsədilə təkmilləşdirilmiş internet səhifəsi 9 bölmə və müvafiq bəndlərdən ibarətdir.

Vergiödəyicilərinin daha çox müraciət etdiyi “elektron vergi” bölməsinin elektron xidmət bəndində müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş 44 elektron xidmət növü mövcuddur ki, onların tətbiqinin genişləndirilməsi vergiödəyicilərinə göstərilən xidmətlərin optimal vaxtda həyata keçirilməsi, şəxslərin vergi orqanına gəlmə asılılığının minimuma endirilməsi vergiödəyiciləri ilə münasibətləri fiziki cəhətdən məhdudlaşdırır, eyni zamanda həm vergiödəyicilərində, həm də vergi orqanlarında vaxt və maddi resurs sərfiyyatını azaldır. Həmçinin saytda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərin dövlət qeydiyyatına alınması prosesi izah olunub və metodik vəsaitlər yerləşdirilib.

Yenilənən internet səhifəsində sual-cavab bölməsi də yaradılıb, həmin bölmədə vergiödəyicilərini maraqlandıran suallar operativ şəkildə cavablandırılır və saytda yerləşdirilir. Rəsmi internet səhifəsi mobil telefon və planşetlər üçün də uyğunlaşdırılıb ki, hər kəs mobil cihazlar vasitəsilə də saytın xidmətlərindən yararlana bilər.

Qeyd edək ki, görülən işlər muxtar respublikada vergi sisteminin müasirləşdirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi ilə yanaşı, vergi qanunvericiliyi sahəsində könüllü əməletmənin, sahibkarlığın inkişafına və əlverişli biznes mühitinin formalaşdırılmasına xidmət edir. Bu da, öz növbəsində, büdcə daxilolmalarının artmasına təkan vermiş olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.