Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvan Muxtar Respublikası beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

Ötən il qədim diyarda keçirilən çoxsaylı mühüm tədbirlər bunu bir daha təsdiq edir.

Naxçıvan, 9 yanvar, AZƏRTAC

Azərbaycanın qədim guşəsi olan Naxçıvan diyarı müxtəlif sivilizasiyaların, mədəniyyətlərin kəsişdiyi geostrateji baxımdan çox əhəmiyyətli bir bölgədə yerləşir. Beş min illik şəhər mədəniyyətinə malik olan, milli dəyərlərimizin yaşadıldığı Naxçıvan bu gün mədəniyyətlərarası dialoqun formalaşmasında önəmli rola malikdir. Blokada şəraitində yaşamasına baxmayaraq, bütün sahələrdə böyük nailiyyətlərə imza atan muxtar respublikanın sürətli sosial-iqtisadi, mədəni inkişafı, burada yüksək səviyyədə nəhəng infrastrukturun qurulması onu həm də beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi məkana çevirib. Qədim diyarın şanlı tarixinə “Nizam-intizamın daha da möhkəmləndirilməsi ili” kimi daxil olan 2016-cı ilin ümumi mənzərəsinə nəzər yetirdikdə bir daha bunun şahidi oluruq.

Naxçıvan dünyanın idman xəritəsində də özünün layiqli yerini tutub, beynəlxalq yarışların keçirildiyi məkana çevrilib, bu sahədə şöhrət qazanıb. Burada hər ilin may ayında ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş beynəlxalq idman tədbirlərinin keçirilməsi artıq ənənə halını alıb. Hər il dünyanın müxtəlif ölkələrindən onlarla tanınmış idmançı yarışlarda iştirak etmək üçün Naxçıvana gəlir, Azərbaycan qonaqpərvərliyinin şahidi olurlar. Qədim diyara səfər edən idmançı ikinci dəfə də bura gəlmək arzusunda olur.

Muxtar respublikada ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş beynəlxalq şahmat festivallarının keçirilməsi də artıq ənənə halını alıb. Dünyanın müxtəlif ölkələrindən şahmatçıların Naxçıvanda keçirilən bu festivalda iştiraka can atması bir daha sübut edir ki, yarışlara maraq ilbəil artır. Festivallar dünyanın müxtəlif ölkələrindən gəlmiş şahmatçılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə, şahmatçıların böyük yarış təcrübəsi əldə etməsinə şərait yaradır.

Ötən il mayın 10-da Naxçıvan Dövlət Musiqili Dram Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Naxçıvan – 2016” Beynəlxalq Şahmat Festivalının açılışı olub. Üç yarımqrupda keçirilən beynəlxalq turnirdə 350-dən çox şahmatçı iştirak edib. Onlar arasında dünya və Avropa çempionu olmuş şahmatçılar, beynəlxalq qrossmeysterlər, beynəlxalq usta və FİDE ustaları da olub. Mayın 18-də “Naxçıvan – 2016” Beynəlxalq Şahmat Festivalı qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və muxtar respublika Paralimpiya Federasiyasının təşkil etdiyi Paralimpiya İdman Festivalı isə mayın 13-də İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilib. Futzal, ağırlıqqaldırma, yüngül atletika, qolbol, boccia paralimpiya idman növləri üzrə keçirilən yarışların sonunda qaliblərə kubok, diplom və mükafatlar təqdim olunub. Əsl idman bayramına çevrilən festivalda Milli Paralimpiya Komitəsinin, İran İslam Respublikasının və muxtar respublika Paralimpiya federasiyalarının, ümumilikdə, 106 məşqçi və idmançısı iştirak edib.

Mayın 21-də Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində veteran ağır atletlər arasında Avropa çempionatına start verilib. Mayın 28-də başa çatan yarışda 21 ölkədən 200-ə yaxın atlet medallar uğrunda mübarizə aparıb.

Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirliklərinin, Azərbaycan Milli Karate Federasiyasının və Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının təşkilatçılığı ilə noyabrın 15-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş karate üzrə beynəlxalq turnir keçirilib. Şərur Olimpiya İdman Kompleksində təşkil olunan turnirdə Azərbaycan və Naxçıvan Muxtar Respublikasının komandaları ilə yanaşı, Türkiyə, Gürcüstan və İran komandaları da mübarizə aparıblar.

Naxçıvanda bir sıra sahələr üzrə əldə edilən qabaqcıl təcrübə beynəlxalq təşkilatların diqqətini bölgəyə cəlb edib. Mayın 18-20-də Naxçıvan şəhərində “Sərhəd qurumları əməkdaşlarının liderlik və idarəçilik üzrə bilik və bacarıqlarının artırılması” mövzusunda milli təlim keçirilib. Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramı və Azərbaycan hökumətinin birgə reallaşdırdıqları sərhəd idarəçiliyi layihəsi çərçivəsində keçirilən təlimdə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin, Dövlət Gömrük Komitəsinin, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının əməkdaşları iştirak ediblər. Layihə üzrə tərəf müqabili Beynəlxalq Miqrasiya Siyasətinin İnkişaf Mərkəzinin (ICMPD) beynəlxalq ekspertləri sərhəd idarəçiliyi sahəsində dünyada əldə edilən ən son nailiyyətlər və beynəlxalq aləmdə gedən proseslər barədə iştirakçılara ətraflı məlumat verib, müasir sərhəd idarəçiliyi modelləri barədə danışıblar. İyulun 29-da isə Naxçıvan Biznes Mərkəzində ABŞ Beynəlxalq İnkişaf Agentliyi, Beynəlxalq Miqrasiya Təşkilatı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə 30 iyul – İnsan Alverinə Qarşı Dünya Mübarizə Gününə həsr olunan beynəlxalq konfrans keçirilib.

Regionun informasiya və mədəniyyət mərkəzinə çevrilən muxtar respublikada keçirilən beynəlxalq mədəni tədbirlər həmişə böyük maraqla qarşılanır. Mayın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə “Əlincəqala” tarixi abidəsində “Naxçıvan – bəşəriyyətin beşiyi” III Beynəlxalq Rəsm Festivalının açılış mərasimi olub. Qədim diyarımızın zəngin tarixi və bu günü ilə səsləşən gözəl mədəniyyət və sənət bayramı olan festivalda 7 ölkədən 52 iştirakçı təmsil olunub. Naxçıvanın simvoluna çevrilən Haçadağ, Əlincəqala rəssam təxəyyülünə məxsus çalarlarla iştirakçıların qəlbinə yol tapıb. Rəssamlar sehrli fırçaların, rənglərin dili ilə düşüncələrini ifadə etməyə nail olublar. Mayın 27-də Heydər Əliyev Sarayında festivalda iştirak edən rəssamların əsərlərindən ibarət sərgi təşkil edilib.

Naxçıvan torpağı Azərbaycan xalqının tarixini yaşadan abidələrlə zəngindir. Muxtar respublika ərazisində 1200-dən çox tarixi abidə pasportlaşdırılıb ki, onların da yarıdan çoxu dünya və ölkə əhəmiyyətli abidələrdir. Bu gün Naxçıvandakı qalalar barədə tədqiqatların aparılması tariximizin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qalalar təkcə sığınacaq yeri, mühafizə və ya müdafiə tikilisi deyil. Qalalar bu ərazidə yaşayan əcdadlarımızın həyat tərzini, dini inanclarını, dövlətçilik ənənələrini, mədəniyyətini və memarlıq sənətini özündə yaşadan mədəniyyət nümunələridir. İyulun 9-10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq “Naxçıvan” Universitetində “Naxçıvan qalaları: tarixdə və günümüzdə” mövzusunda keçirilən beynəlxalq konfransda bu barədə maraqlı elmi məruzələr dinlənilib. Vurğulanıb ki, son illər Naxçıvanda qədim tarixi abidələrin, xüsusilə qalaların bərpa olunması bu ərazidəki zəngin mədəni irsi qorumaqla yanaşı, həm də bəşəriyyət tarixinin öyrənilməsinə xidmət edir. Keçmişlə gələcək arasında körpü yaradan Naxçıvan qalaları mübarizlik və qəhrəmanlıq tarixindən soraq verir.

Noyabr ayının 17-də daha bir elmi əhəmiyyət kəsb edən tədbir olub. Naxçıvan Dövlət Universitetində “Mərkəzi Araz hövzəsi tarix və mədəniyyət fonunda” adlı ikigünlük beynəlxalq elmi simpozium keçirilib. Tədbir Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Naxçıvan Dövlət Universiteti, Türkiyə Respublikası Nazirlər Kabinetinin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu, Atatürk Araşdırma Mərkəzi və İqdır Universitetinin birgə təşkilatçılığı ilə reallaşıb. Simpoziumda qeyd olunub ki, türk dünyasının ən qədim yaşayış və mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan ərazi baxımından kiçik olsa da, bura min illərin tarixini yaşadan qədim yaşayış yerləri, tarixi abidələr ilə zəngindir. Muxtar respublika ərazisindəki mağaralar, qədim yaşayış yerləri, möhtəşəm qalalar, qayaüstü rəsmlər tarixin dərin qatlarından xəbər verir. Bu tarixi və mədəni zənginliyin nəticəsidir ki, Böyük İpək Yolu üzərində yerləşən Naxçıvan Şərqlə Qərbi birləşdirən mühüm ticarət mərkəzlərindən biri olub. “Mərkəzi Araz hövzəsi tarix və mədəniyyət fonunda” adlı beynəlxalq elmi simpoziumun məhz Naxçıvanda keçirilməsi bu qədim diyarın keçmişdə olduğu kimi, bu gün də türk tarixinin coğrafiyasında, müxtəlif əlaqələrin qurulmasında mühüm rol oynadığını bir daha təsdiq edir.

Ötən ilin son günlərində Naxçıvan Muxtar Respublikasında beynəlxalq əhəmiyyətli hadisə baş verib. Dekabrın 29-da Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarı fəaliyyətə başlayıb. Bu qatarın fəaliyyətə başlaması Azərbaycan ilə İran arasında əlaqələrin inkişafının bir göstəricisi olmaqla yanaşı, eyni zamanda, xalqlar arasında yaxın münasibətlərin daha da dərinləşməsi baxımından əhəmiyyətlidir. Bu gün ticarət-iqtisadi əlaqələrin genişlənməsinin nəticəsi olaraq Naxçıvandan İrana müxtəlif sənaye və ərzaq məhsulları, elektrik enerjisi ixrac olunur. Öz növbəsində İrandan da ərzaq, tikinti məhsulları və digər mallar alınır. Şübhəsiz ki, ticarət-iqtisadi əlaqələrin genişlənməsində sahibkarların müstəsna rolu var. Dekabrın 29-da Naxçıvan Biznes Mərkəzində keçirilən Azərbaycan-İran Biznes Forumunda hər iki tərəfdən sahibkarların iştirakı qarşılıqlı əməkdaşlıq üçün yeni imkanlar açıb.

Ötən il Naxçıvanda keçirilən bütün tədbirlər istər ölkəmizdə, istərsə də beynəlxalq aləmdə maraqla izlənilib. Bunun əsas səbəblərindən biri də bu idi ki, həmin tədbirlərdə beynəlxalq ictimaiyyəti maraqlandıran, onların diqqətini cəlb edən məsələlər gündəmdə olub. Tədbirlər media və internet vasitəsilə geniş kütlələrə çatdırılıb. Tədbirlərin xarici ölkələrdən olan iştirakçıları bir daha vurğulayıblar ki, artıq ənənə halını alan beynəlxalq tədbirlər Naxçıvanda ən yüksək səviyyədə təşkil edilir. Bütün bunları nəzərə alaraq demək olar ki, beynəlxalq tədbirlərin keçirilməsi sahəsində formalaşan Naxçıvan təcrübəsi nümunə təşkil edir.

Rauf Əliyev

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub