Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Naxçıvan Muxtar Respublikasında təhlükəsizliyin təmin olunması ilə bağlı müşavirə keçirilib

Naxçıvan, 9 iyul, AZƏRTAC

İyulun 9-da Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində “Naxçıvan Muxtar Respublikasında təhlükəsizliyin təmin olunması sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə” müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə iştirak edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Nurlan Pənahov çıxış edərək deyib ki, xidmətin fəaliyyətinin təşkili və maddi-texniki bazasının gücləndirilməsi qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsinə imkan verir. Sovetlər Birliyi dövründə muxtar respublikanın təhlükəsizlik orqanları çətin şəraitdə fəaliyyət göstərirdilər. Lakin bu gün muxtar respublikada aparılan geniş quruculuq işləri Dövlət Təhlükəsizliyi Xidmətini, eləcə də xidmətin şəhər və rayon idarələrini də əhatə edib, müasir iş şəraiti yaradılıb, əməkdaşların sosial-məişət şəraiti yaxşılaşdırılıb. Nurlan Pənahov 2019-cu ilin ötən dövründə muxtar respublikada təhlükəsizliyin təmin olunması sahəsində görülən işlərdən danışıb, yaradılan şəraitə və göstərilən yüksək etimada görə kollektiv adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Fariz Bağırov çıxış edərək deyib ki, 2016-cı ildə muxtar respublikada Xarici Kəşfiyyat Xidməti yaradılıb, ötən dövrdə xidməti fəaliyyətin günün tələbləri səviyyəsində qurulması üçün ardıcıl tədbirlər görülüb. Yeni inzibati binanın istifadəyə verilməsi, maddi-texniki bazanın gücləndirilməsi verilən tapşırıqların uğurla yerinə yetirilməsinə şərait yaradıb. Bütün bunların nəticəsidir ki, muxtar respublikada təhlükəsizlik təmin olunub. Fariz Bağırov xidmət tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib, kollektiv adından minnətdarlıq edərək bundan sonra da qarşıya qoyulan vəzifələrin icrasında səylə çalışacaqlarını bildirib.

Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Culfa Rayon İdarəsinin rəisi Nəsimi Abbaslı deyib ki, bu gün muxtar respublikada sabitlik təmin olunub, təhlükəsizlik və vətəndaş həmrəyliyi davamlı xarakter alıb. Təhlükəsizlik orqanlarının inkişafı sahəsində həyata keçirilən tədbirlər Culfa Rayon İdarəsini də əhatə edib, xidmətin təşkili və əməkdaşların sosial-məişət şəraiti yaxşılaşdırılıb. Nəsimi Abbaslı Dövlət Təhlükəsizliyi Xidmətinin Culfa Rayon İdarəsi tərəfindən həyata keçirilən tədbirləri diqqətə çatdırıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: Bu il ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin 50 illiyi tamam olur. Dahi şəxsiyyətin siyasi və dövlətçilik fəaliyyətində xüsusi xidmət orqanlarında çalışdığı illər, bu sahənin inkişafı üçün həyata keçirdiyi tədbirlər xüsusi yer tutur. Bu gün əminliklə demək olar ki, Azərbaycan dövlətçiliyinin mühüm sahəsi olan xüsusi xidmət orqanlarının formalaşması və inkişafı Ümummilli Liderimizin adı ilə bağlıdır. Ötən əsrin 60-cı illərində Ulu Öndər Sovetlər Birliyinin bütün siyasi-ideoloji maneələrinə baxmayaraq rəhbərlik etdiyi təhlükəsizlik orqanlarında milli kadrların önə çəkilməsinə nail olmuş, bununla da xalqımızın milli özünüifadəsinə hərtərəfli şərait yaratmışdır. Ümummilli Liderin siyasi fəaliyyətinin Naxçıvan dövründə də təhlükəsizlik orqanlarında işin təşkili əsas götürülmüş, 1992-ci il sentyabrın 20-də Ali Məclisin qərarı ilə Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik Nazirliyi yaradılmışdır. Müstəqillik illərində Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında təhlükəsizlik orqanlarının maddi-texniki bazası gücləndirilmiş, müasir xidmət şəraiti yaradılmış, kadr potensialı təkmilləşdirilmişdir.

Ali Məclisin Sədri deyib: Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 dekabr tarixli Fərmanı ilə dövlət idarəetmə strukturunda aparılan islahatlara uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 18 dekabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, 2016-cı il 21 yanvar tarixli Fərmanı ilə Xarici Kəşfiyyat Xidməti yaradılmış və əsasnamələri təsdiq edilmişdir. Əsasnamələrə uyğun olaraq Dövlət Təhlükəsizliyi Xidməti əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətini, Xarici Kəşfiyyat Xidməti isə kəşfiyyat fəaliyyətini həyata keçirir. Yaşadığımız dövr, dünyada baş verən proseslər milli təhlükəsizliyin təmin olunmasını əsas vəzifələr sırasına çıxarmışdır. Ərazi bütövlüyünün və ictimai-siyasi sabitliyin pozulması, separatçılıq, etnik, dini və siyasi ekstremizmin yayılması, ölkənin daxili işlərinə müdaxilə, beynəlxalq terrorçuluq, dövlət sirrinin əldə olunmasına olan cəhdlər və bu kimi digər fəaliyyətlər hər bir ölkə üçün əsas təhdidlər sırasındadır. Ona görə də kəşfiyyat və əks kəşfiyyat sahəsində işin düzgün təşkili birbaşa dövlətin və xalqın təhlükəsizliyinə zəmanət verir.

Qeyd olunub ki, kəşfiyyat ölkənin siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və digər sahələrdə milli maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş xüsusi fəaliyyətdir. Əks kəşfiyyat isə xarici xüsusi xidmət orqanlarının və ayrı-ayrı şəxslərin ölkənin müstəqilliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək pozuculuq əməllərinin aşkarlanması və qarşısının alınmasıdır.

Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Dövlətin təhlükəsizlik, yaxud kəşfiyyat orqanı o vaxt qalib gəlir, öz vəzifəsini layiqincə yerinə yetirir ki, orada peşəkar kadrlar və iş üslubu olsun”. Ulu Öndərin tövsiyələrinə uyğun olaraq xüsusi xidmət orqanlarının fəaliyyətinin düzgün təşkili muxtar respublikada da əsas vəzifələrdəndir. Bu gün muxtar respublikada inkişafın əsas göstəriciləri olan ərzaq, enerji və müdafiə təhlükəsizliyi təmin olunub. Lakin milli təhlükəsizliyi təmin etmədən nə ümumi inkişafdan, nə də sabitlik və əmin-amanlıqdan danışmaq mümkün deyil.

Ali Məclisin Sədri deyib: Naxçıvan Muxtar Respublikası strateji mövqedə yerləşir. İşğalçı ölkə ilə sərhədin olması, ehtimal olunan təhdid və risklər təhlükəsizlik sahəsində tədbirləri genişləndirməyi zəruri edir. Ona görə də muxtar respublikanın xüsusi xidmət orqanları müasir dövrün təhdidlərini nəzərə almaqla qabaqlayıcı tədbirlər görməli, təhlükəsizliyin tam təmin olunması üçün fəaliyyətlərini gücləndirməlidirlər. Xarici Kəşfiyyat Xidməti muxtar respublikada siyasi, iqtisadi, sosial, hərbi, elmi-texniki, informasiya və digər sahələrdə dövlətin maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş fəaliyyətini daha da gücləndirməlidir. Bu zaman xarici dövlətlərin xüsusi xidmət orqanlarının, cinayətkar qrupların və ayrı-ayrı şəxslərin dövlət maraqlarına qarşı yönəlmiş niyyətləri, planları barədə məlumatlar əldə edilməli, təhlükəsizliyə real və potensial təhdidlər proqnozlaşdırılaraq ümumiləşdirmələr aparılmalıdır.

Nəzərə alınmalıdır ki, hər məlumat kəşfiyyat məlumatı deyil. Kəşfiyyat fəaliyyətinin əsasında təhlil edilmiş və qiymətləndirilmiş məlumatlar dayanmalıdır. Çünki əldə edilən məlumat sistemli şəkildə analiz edilmədikdə və dəyərləndirilmədikdə yanlış nəticələrə gətirib çıxarır. Yalnız tamamlanmış kəşfiyyatın nəticəsi olan məlumatlar müvafiq sahədə dövlət siyasətinin istiqamətlənməsi üçün zəruri əsaslar yaradır. Kəşfiyyat-pozuculuq fəaliyyəti aparan xarici xüsusi xidmət orqanlarına nüfuzetmə xidmətin təşkilində əsas şərtdir. Xüsusilə kəşfiyyat tədbirlərində informasiya texnologiyalarından, xüsusi texniki avadanlıqlardan, qeyri-aşkar üsul və vasitələrdən bacarıqla istifadə olunmalı, ölkəmizin və onun Naxçıvan Muxtar Respublikasının mənafelərinin xaricdən gözlənilən mühüm risk, təhlükə və təhdidlərdən qorunması diqqətdə saxlanılmalıdır. Dövlət sirri təşkil edən məlumatların daşıyıcıları olan şəxslərlə profilaktiki işlər davam etdirilməli, xaricdən olan dini ekstremizmin təsirinin, müxtəlif dini baxışların siyasi məqsədlərlə istifadə cəhdlərinin qarşısı vaxtında alınmalıdır. Həmçinin beynəlxalq terrorçuluğa və transmilli cinayətkarlığın digər formalarına qarşı qabaqlayıcı tədbirlər gücləndirilməlidir.

Ali Məclisin Sədri tapşırıb ki, Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvan Muxtar Respublikasında təhlükəsizliyin təmin edilməsi üçün əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətinin səmərəliliyini artırmalıdır. Xarici dövlətlərin xüsusi xidmət orqanlarının, cinayətkar qrupların və ayrı-ayrı şəxslərin dövlət müstəqilliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşunun əsaslarına, iqtisadi, elmi-texniki, müdafiə potensialına və digər milli maraqlara zərər vurulmasına yönəlmiş kəşfiyyat, terror-təxribat və digər pozuculuq fəaliyyəti vaxtında aşkarlanmalı, real və potensial təhdidlər proqnozlaşdırılmalı, adekvat tədbirlər görülməlidir. Muxtar respublikada ictimai həmrəyliyə qarşı yönəlmiş hərəkətlərin qarşısı alınmalı, xarici xüsusi xidmət orqanlarının texniki kəşfiyyatına qarşı əks tədbirlər həyata keçirilməlidir.

Müşavirədə qeyd olunub ki, Silahlı Qüvvələrdə silahların, hərbi sursatın saxlanma və istifadə qaydalarının pozulmaması, dövlət əmlakının qorunması məqsədilə ardıcıl tədbirlər görülməlidir. Bununla yanaşı, işğalçı ölkənin yeni silah, döyüş texnikası əldə etməsi və ya yaratması, sərhədlərimizin yaxınlığında qüvvələr nisbətini pozan qoşun qruplaşmalarının artırılması kimi məsələlər daim nəzarətdə saxlanılmalı, dəqiq və əsaslandırılmış məlumatlar verilməlidir. Xüsusi xidmət orqanları dövlət sirri təşkil edən məlumatların mühafizəsinə, məxfilik rejiminə, xüsusi rabitə növlərinin təhlükəsizliyinə məsuliyyəti artırmalıdır. Dövlət orqanlarındakı xüsusi əhəmiyyətli iş yerləri və müvafiq texniki vasitələr məlumat sızmasından qorunmalı, onlardan məlumat çıxarılması üçün istifadə olunan mümkün elektron vasitələrin təhlükəsizliyi təmin edilməlidir.

Ali Məclisin Sədri deyib: Xüsusi xidmət orqanlarının vacib vəzifəsi dövlətin möhkəmlənməsinə, müdafiə potensialının yüksəlməsinə və sosial-iqtisadi inkişafın sürətlənməsinə xidmət etməkdir. Bunun üçün isə vətənpərvər, savadlı, dünyagörüşlü kadrlara ehtiyac vardır. Ona görə də xüsusi xidmət orqanlarında vətənpərvərliyi, dövlətinə sədaqəti ilə seçilən, milli maraqları üstün tutan kadrlar işə qəbul olunmalıdır. Gənclik böyük potensialdır. Onun düzgün istiqamətləndirilməsi, təhsilli, vətəninə və xalqına bağlı böyüdülməsi qarşıda duran əsas vəzifələrdir. Bu işdə xüsusi xidmət orqanlarının da üzərinə mühüm vəzifələr düşür. Gənclərin yad təsirlərdən qorunması diqqətdə saxlanılmalı, maarifləndirmə işləri və qabaqlayıcı tədbirlər görülməli, müvafiq dövlət qurumları ilə birlikdə fəaliyyət təşkil olunmalıdır. Ölkəmiz və muxtar respublika barədə əsassız informasiyaların yayılmasının qarşısı alınmalı, həmin informasiyaları yayan şəbəkələr müəyyənləşdirilərək zərərsizləşdirilməlidir.

Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Təhlükəsizlik orqanlarında işləyən hər bir kəs bilməlidir ki, ondan birinci növbədə müstəqil Azərbaycan dövlətinə sədaqət tələb olunur. O, öz vicdanı, cəmiyyət və dövlət qarşısında məsuliyyət daşıyır”. Sovetlər Birliyinin təhlükəsizlik xidmətinin rəhbəri Yuri Andropov da bildirirdi ki, “Bir tərəfdən siyasi vəziyyət var, digər tərəfdən əməliyyat vəziyyəti. Bunlar hər zaman üst-üstə düşmür: iki dövlət yaxşı siyasi əlaqələr saxlaya bilər və amma, eyni zamanda, kəşfiyyatçılar və əks-kəşfiyyatçılar səylə mübarizə aparmalıdır”. Əfsanəvi kəşfiyyatçı Rixard Zorge isə yazırdı: “Mən və mənim köməkçilərim heç vaxt zorakılığa, şantaja, satqınlığa, təxribata, terrora və başqa çirkin vasitələrə əl atmadıq. Əvəzində biz böyük yaradıcı kəşf, dərin təhlil, sərt intizamdan, nöqsansız məxfi məlumatlardan istifadə etdik”.

“Muxtar respublikanın xüsusi xidmət orqanlarının əməkdaşları bundan sonra da yaradılan şəraitdən, maddi-texniki bazadan səmərəli istifadə etməli, xidmət günün tələbləri səviyyəsində qurulmalıdır. İctimai asayişin, sabitliyin qorunmasında digər dövlət qurumları ilə də əməkdaşlıq davam etdirilməli, milli maraqlarımıza qarşı yönələn istənilən təhdidin aşkarlanması və qarşısının alınması üçün birgə tədbirlər görülməlidir”, - deyən Ali Məclisin Sədri bu vəzifələrin icrasında təhlükəsizlik orqanlarının əməkdaşlarına uğurlar arzulayıb.

Sonra Ali Məclisin Sədri Dövlət Təhlükəsizliyi Xidmətinin kitabxanasında yaradılan şəraitlə maraqlanıb. Bildirilib ki, kitabxana fondu zənginləşdirilib, ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik fəaliyyətindən, eləcə də təhlükəsizlik orqanlarına rəhbərliyi dövründən bəhs edən guşə yaradılıb, müvafiq ədəbiyyatlar qoyulub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib