Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

“Naxçıvan Muxtar Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri” kitabının təqdimatı olub

Naxçıvan, 20 aprel, AZƏRTAC

Ötən əsrin 70-ci illərindən başlayaraq ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən ekoloji strategiya bu gün ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universitetində keçirilən “Naxçıvan Muxtar Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri” kitabının təqdimat mərasimində danışılıb.

Tədbiri ali təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq, kitabın elmi ictimaiyyət və tələbələr üçün əhəmiyyətini vurğulayıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid təqdimat mərasimində çıxış edərək bildirib ki, ötən dövrdə ekoloji mühitin yaxşılaşdırılması, biomüxtəlifliyin qorunması üçün ətraf mühitə olan mənfi təsirlər minimuma endirilib, iqtisadi inkişafda müasir texnologiyalar tətbiq olunub, alternativ enerji mənbələrindən istifadəyə üstünlük verilib. Füsunkar estetik gözəlliyə malik ərazilərin, flora və fauna növlərinin qorunması, ekoloji tarazlığın gözlənilməsi, biomüxtəlifliyin mühafizəsi və bərpa edilməsi, təbii mühitin unikallığının, nadir və nəsli kəsilmək təhlükəsi olan növlərin saxlanılması üçün xüsusi mühafizə olunan təbiət əraziləri yaradılıb.

Surə Seyid deyib: Naxçıvan Muxtar Respublikasında təbiətin qorunması, ekoloji tarazlığın diqqətdə saxlanılması, xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkilində əldə edilən uğurlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublikada apardığı uğurlu ekoloji siyasətin nəticəsidir. Həyata keçirilən məqsədyönlü siyasət, sosial-iqtisadi inkişaf, ekoloji strategiya xüsusi mühafizə olunan təbiət ərazilərinin daha da inkişaf edəcəyini, müasir tələblərə uyğun şəkildə təkmilləşəcəyini deməyə əsas verir.

Qeyd olunub ki, həyata keçirilən ekoloji tədbirləri əhatə edən və muxtar respublikanın biomüxtəlifliyini özündə əks etdirən “Naxçıvan Muxtar Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri” adlı kitab-albomun nəşri bu sahəyə göstərilən dövlət qayğısının ifadəsidir. Kitab Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2019-cu il üçün nəşr planına uyğun olaraq çap edilib. Yeni nəşrdə milli qoruq və parklar haqqında geniş məlumatlar, onların coğrafi mövqeyi, qədim tarixə malik mədəniyyət abidələri, “Qırmızı kitab”a daxil olan flora və fauna növləri öz əksini tapıb. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatda 300 tirajla nəşr olunan bu kitab Naxçıvan təbiətinin dünyada tanıdılması, bu sahənin tədqiqinə akademik və elmi yanaşmaya tələbatın və marağın artması baxımından əhəmiyyətlidir. Albom-kataloqda əlverişli coğrafi mövqeyin təqdim edilməsi Naxçıvanın turizm potensialının inkişafına, bu ərazilərə turistlərin cəlb olunmasına xidmət məqsədi daşıyır.

Vurğulanıb ki, kitabda adları çəkilən ərazilərə səyahət edən turistlərə bələdçilər vasitəsilə piyada və atla gəzinti turları, qayaya dırmanma - alpinizm və dağ velosipedi ilə veloturlar kimi xidmətlər təklif olunur. Yaradılan və mühafizə edilən qoruq və parklar ali məktəb tələbələri üçün istehsalat təcrübələrinin keçirilməsində əyanilik baxımından xüsusi əhəmiyyət daşıyır. Əminliklə demək olar ki, kitab-kataloqun nəşri vasitəsilə bu sahənin tədqiqinə marağın artması ali təhsil ocaqlarında Naxçıvanın milli qoruq və parkları, ümumiyyətlə, Naxçıvan ekologiyası və təbiəti haqqında seçmə fənnin tədrisinə həsr olunmuş dərs vəsaiti və proqramların nəşri məsələsinə də elmi müstəvidən baxmaq zərurəti yaradacaqdır.

Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Mayis Əliyev çıxışında qeyd edib ki, müasir dövrümüzdə təbiətin qorunması, əlverişli ekoloji mühitin yaradılması əhəmiyyətli olduğu kimi, həm də bu sərvətlərdən insanların sosial-rifahının yaxşılaşdırılması, turizm-rekreasiya məqsədilə istifadə olunması da aktual məsələdir. Bunun üçün xüsusi mühafizə olunan təbiət ərazilərinin, əsasən də milli parkların yaradılmasına daha çox üstünlük verilir. Bu gün muxtar respublikada həyata keçirilən ekoloji tədbirlərin əsasında ətraf mühitin qorunması sahəsində fəaliyyətin gücləndirilməsi, milli, regional, beynəlxalq səviyyədə təbii ehtiyatlardan indiki və gələcək nəsillərin maraqlarını təmin etməklə səmərəli istifadə dayanır. Görülən işlərin nəticəsidir ki, beynəlxalq təşkilatlar diyarımızda həyata keçirilən ekoloji tədbirləri yüksək qiymətləndirir, nüfuzlu ekspertlər görülən işləri nümunə kimi qəbul edirlər.

Bildirilib ki, bu gün təqdimatı keçirilən kitab ekoloqlar, təbiətsevərlər və eyni zamanda, bu sahə ilə maraqlanan bütün insanlar üçün əhəmiyyətli mənbədir. Nəşrdə Naxçıvan təbiətinin gözəlliklərinə, ekoturizm potensialına xüsusi yer verilib ki, bu da turizmin təbliği, tanıdılması baxımından mühüm önəmə malikdir.

Tədbirdə AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov çıxış edərək muxtar respublikada qorunub saxlanılan flora və fauna növləri haqqında, eləcə də qoruqların, yasaqlıqların önəmi ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib.

NDU-nun Coğrafiya kafedrasının müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Əli Həsənov çıxışında yeni nəşrdə yer alan materiallar, onların tələbə və gənclər üçün önəmindən danışıb.

Çıxışlar zamanı slaydlar nümayiş olunub. Sonra tədbir iştirakçıları muxtar respublikanın zəngin təbiətindən bəhs edən videoçarxa baxıblar.

Sonda Tələbə Turizm Assosiasiyasının hazırladığı guşə ilə tanışlıq olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar