REGİONLAR


Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah məşqi keçirilib

Naxçıvan, 29 may, AZƏRTAC

“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən birləşmə və hissə qərargahlarının cəlb edilməsi ilə müdafiə əməliyyatına hazırlığın təkmilləşdirilməsi üzrə komanda-qərargah məşqi keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, növbəti birgə komanda-qərargah məşqində əsas diqqət qoşunların qısa zamanda döyüşə hazır olmasının təmin edilməsi üzrə tapşırıqların icrasına yönəldilib.

Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi və resursları nəzərə alınmaqla birləşmə və hissələrin komplektləşdirilməsinin yeni bir modeli üzərində tapşırıqlar dəqiqləşdirilib.

Komanda-qərargah məşqində komandir və qərargahların yaranmış əməliyyat şəraitində qərarqəbuletmə vərdişləri təkmilləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.