REGİONLAR


Naxçıvan Şəhər Şahmat Mərkəzində təşkil olunan tempo turnirində 88 şahmatçı mübarizə aparıb

Naxçıvan, 23 iyul, AZƏRTAC

Naxçıvan Şəhər Şahmat Mərkəzində keçirilən tempo turnirinin qalibləri müəyyənləşib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə müəllimlər, dərəcəli və həvəskar şahmatçılar olmaqla, 88 zəka sahibi mübarizə aparıb.

Doqquz turdan ibarət turnirin qalibi Toğrul Həsənzadə olub. O, 9 mümkün xaldan 8-ni toplayıb. Ondan yarım xal geri qalan Pərviz Qasımov ikinci, eyni xala malik olan Nəsrin Babayeva isə üçüncü yeri tutub.

Sonda qaliblər mükafatlandırılıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.