REGİONLAR


“Naxçıvan” Universitetinin tələbələri istehsalat təcrübəsi keçəcəklər

Naxçıvan, 18 noyabr, AZƏRTAC

“Naxçıvan” Universitetində İqtisadiyyat və İdarəetmə fakültələrinin əyani şöbəsinin İqtisadiyyat, Turizm və otelçilik, Mühasibat uçotu və audit, Beynəlxalq münasibətlər və Maliyyə ixtisasları üzrə IV kurs tələbələrinin keçəcəkləri istehsalat təcrübəsinə həsr edilən başlanğıc konfransı olub.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, konfransda ali təhsil ocağının Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu istehsalat təcrübəsinin əhəmiyyətindən və təcrübə qaydalarından danışıb, tələbələrə uğurlar arzulayıb.

Qeyd edilib ki, 78 tələbə arasında Turizm və otelçilik ixtisasında təhsil alanlar 7 həftə, digər ixtisaslarda təhsil alanlar isə 6 həftə ərzində Naxçıvan Muxtar Respublikası Maliyyə, İqtisadiyyat nazirliklərində, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikasındakı İdarəsində, Turizm Departamentində, eləcə də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində təcrübə keçəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.