Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvanda ailə təsərrüfatları, sadə vətəndaşlar ordumuzla həmrəylik nümayiş etdirirlər

Naxçıvan, 21 fevral, AZƏRTAC

Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, müdafiə qüdrəti durmadan artan Naxçıvan Muxtar Respublikasında yeni hərbi hissələr yaradılır, mövcud hərbi hissələrdə infrastrukturun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür, böyük əhəmiyyətə malik layihələr icra olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun tez-tez hərbi hissələrdə olması, xidmətin vəziyyəti, əsgərlərin xidmət şəraiti ilə maraqlanması şəxsi heyətdə böyük ruh yüksəkliyi yaratmaqla bərabər, hərbi qulluqçularda vətənpərvərlik hisslərinin daha da güclənməsinə səbəb olur.

Muxtar respublikada dövlət-xalq-ordu birliyinin möhkəm təməli yaradılıb

Muxtar respublikada dövlət-xalq-ordu birliyinin möhkəm təməli yaradılıb. Naxçıvan əhalisinin, müxtəlif dövlət qurumlarının, müəssisə və təşkilatların, ayrı-ayrı sahibkarlıq subyektlərinin nümayəndələrinin hərbi hissələrə baş çəkərək əsgərlərə sovqat aparmaları artıq ənənə halını alıb. İməciliklər zamanı salınmış meyvə bağlarından toplanan məhsullar hərbi hissələrə təhvil verilir. Bundan əlavə, hərbi hissələrin yardımçı təsərrüfatlarından yığılmış meyvə, tərəvəz və bostan məhsulları da şəxsi heyətin istifadəsinə verilir. Ötən il noyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Naxçıvan Qarnizonunun bütün birləşmə və hissələrinə soyuq aylarda şəxsi heyətin infeksion xəstəliklərdən qorunması məqsədilə 6 ton 400 kiloqram sarımsaq təqdim olunub.

Kənd təsərrüfatı ilə məşğul olan ailə təsərrüfatı sahibləri – Şərur rayonunun Aralıq kənd sakini Fizuli Məhərrəmov, Tumaslı kənd sakini Əhməd Həsənov, Mahmudkənd kənd sakini Ənvər Hüseynov, Dərvişlər kənd sakini Etibar Şahtaxtinski, Sədərək rayon sakini Şirxan Əliyev və Kəngərli rayonunun Şahtaxtı kənd sakini Rüfət İsmayılov da ötən il əldə etdikləri bol məhsuldan Naxçıvan Qarnizonunun birləşmə və hissələrinə sovqat veriblər.

Şərur rayonunun Sərxanlı kənd sakini Vəli Zamanov deyir: Muxtar respublikamızda xalq-ordu birliyi bu gün yüksək səviyyədədir. Ali Məclis Sədrinin hərbi hissələrdə olması, əsgərlərimizlə görüşməsi, bayram günlərində onlara hədiyyələr təqdim etməsi, bir sözlə, həmrəylik nümayiş olunması məni çox qürurlandırır. Muxtar respublikamızda hərbi xidmət keçən əsgərlərimizin vaxtilə hansı çətinliklərlə üzləşdiklərini yaxşı xatırlayıram. Şükürlər olsun ki, o günlər arxada qalıb. Bu gün ordumuzun Naxçıvanda olan hissələrində yaradılmış şərait, sözün həqiqi mənasında, ən yüksək səviyyədədir. Daha heç bir valideyn öz övladı sarıdan narahatlıq keçirmir. Təkcə valideynlər deyil, elə insanlarımızın bir çoxu hərbi hissələrdə olur, özünün yetişdirdiyi məhsullardan hərbi hissələrə pay verir. Mən də 2018-ci ildə özümün pay torpağımda yetişdirdiyim məhsuldan hərbi hissələrə pay vermişəm. Bunu ən savab iş sayıram və gələcəkdə də davam etdirəcəyəm. Bunun üçün mənə də hərtərəfli şərait yaradılıb. Özümün 6 hektar torpağım var. 7,3 hektar torpağı isə icarəyə götürmüşəm. Təsərrüfatla məşğul olan insanlara göstərilən qayğının nəticəsidir ki, ötən il 8 hektar kartof əkini sahəsindən 320 ton kartof, 3 hektar soğan əkini sahəsindən 120 ton soğan tədarük etmişəm. Bu ildən arıçılıqla da məşğul olmağa başlamışam. Fevralın 16-da Naxçıvan Biznes Mərkəzində sahibkarlarla keçirilən görüşdə mənə inşa etdirdiyim soyuducu anbarın tikintisini başa çatdırmaq üçün 30 min manat kredit verilib. Bu isə imkan yaradacaq ki, fəaliyyətimi daha da genişləndirim.

Kəngərli rayonunun Şahtaxtı kənd sakini Rüfət İsmayılov da ailə təsərrüfatında yetişdirdiyi məhsullardan əsgərlərimizə sovqat ayırmağı özünün vətəndaşlıq borcu sayır: Bu gün ordumuzda, onun Naxçıvandakı hissələrində əsgərlərimizin məişət xidməti, qidalanması yüksək səviyyədə təmin olunub. Sərhədlərimizi qoruyan, bizim öz torpaqlarımızda əminliklə çalışmağımız üçün gecə-gündüz ayıq-sayıq dayanan hərbçilərimizə sovqat aparmağımız onları hərbi xidmətdə daha mübariz olmağa ruhlandırır. Övladlarımız dövlətimizin himayəsindədir. Hər cür təminatları var. Bizim də borcumuz dövlətimizin həyata keçirdiyi siyasəti dəstəkləməkdir. Elə son illər muxtar respublikada xalq-ordu birliyi də bu siyasətin tərkib hissəsinə çevrilib. Valideynlər, hərbi xidmət keçən əsgər və zabitlərimizin yaxınları tez-tez hərbi hissələrə gedir, onlara sovqat aparırlar. Bu da hərbçilərimiz tərəfindən onlara göstərilən qayğı kimi dəyərləndirilir.

Bildiyiniz kimi, indi muxtar respublikamızda ailə təsərrüfatlarının inkişafına hərtərəfli dövlət qayğısı göstərilir. Bu qayğıdan yararlanan təsərrüfatçılar müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalına öz töhfələrini verirlər. Biz də bu qayğıdan yararlanaraq ötən il sarımsaq əkininə üstünlük verdik. Şükürlər olsun ki, məhsulumuz da bol oldu. Əldə etdiyimiz bu məhsuldan 2 ton hərbi hissələrdəki əsgərlərimizə sovqat apardıq. İnanırıq ki, növbəti illərdə də bu ənənəni davam etdirəcəyik.

Ötən günlərdə sahibkarlar tərəfindən 5500 kiloqram kənd təsərrüfatı məhsulu əsgərlərə təqdim edilib

Xalq-ordu birliyini özündə əks etdirən tədbirlərin davamı kimi ötən günlərdə sahibkarlar tərəfindən, ümumilikdə, 5500 kiloqram kənd təsərrüfatı məhsulu əsgərlərə təqdim olunub. Şərur rayonunun Aralıq kənd sakini Əmir Əsədov, Məmmədsabir kənd sakini Əli Rüstəmov və “N” hərbi hissəsinin giziri Sərvan Məmmədov tərəfindən 3 ton sarımsaq, 1700 kiloqram turp və 800 kiloqram kartof hərbi hissə və sərhəd zastavasına hədiyyə edilib. Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində və “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının zastavasında şəxsi heyətlə görüş zamanı dövlət qayğısından və xalq-ordu birliyindən danışılıb. Tədbirdə şəxsi heyət adından minnətdarlıq edən hərbi hissənin zabiti Qurban Behbudov əsgərlərin həmvətənlərinin bu qayğısından ruhlanaraq yüksək vətənpərvərlik hissi ilə xidmət etdiklərini diqqətə çatdırıb. Bildirib ki, sahibkarların əsgərlərə sovqat gətirmələri, onlarla görüşmələri ənənə şəkli almaqla xalq-ordu birliyinin yüksək səviyyədə olduğunun əyani göstəricisidir.

Alınmaz qalamız Sədərək rayonunda da bu məsələ diqqət mərkəzindədir. Ötən günlərdə rayon icra hakimiyyəti adından 1 tondan çox sarımsaq rayon ərazisində yerləşən hərbi hissəyə təqdim olunub. “N” hərbi hissəsinin əsgəri Əli Abdullayev göstərilən qayğıya görə şəxsi heyət adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq edib. Sonra gətirilmiş məhsul hərbi hissələrə təhvil verilib.

Sədərəkli Şirxan Əliyev deyir ki, bu gün muxtar respublikamız blokada şəraitində yaşasa da, qədim diyarımızda ictimai-siyasi sabitlik, inkişaf, əmin-amanlıq təmin edilib: Bunu hər bir sahədə görmək olar. Bu da naxçıvanlıların qurub-yaratmaq əzmini artırır. Həyata keçirilən tədbirlərin hərbi hissələri də əhatə etməsi həm biz valideynlərdə, həm də əsgər və zabitlərimizdə böyük ruh yüksəkliyi yaradır. Düşmənə gözdağı olan Sədərəkdə yaşayan insanların buradakı əsgərlərlə sıx əlaqədə olması da bununla bağlıdır. Bir vaxtlar muxtar respublikanın hər yerindən buraya doğma torpaqlarımızı qorumağa gələnlər bu gün hərbi hissələrdəki vəziyyəti görəndə qürur hissi keçirirlər. Odur ki, onlara öz təsərrüfatımızda yetişdirdiyimiz məhsullardan pay aparmaqdan qürur duyuram.

Xalq-ordu birliyi şəxsi heyət arasında böyük ruh yüksəkliyi yaradır

Sovqat təqdim edilən hərbi hissələrin zabitlərindən Anar Nəbiyev, Elvin Xəlilov, Fariz Sərxanov, Umar Umarov və digərlərinin sözlərinə görə, bu, şəxsi heyət arasında böyük ruh yüksəkliyinə səbəb olub və belə tədbirlər davamlı xarakter alıb. Zabitlərimiz vurğulayırlar ki, əsgərlərin sağlamlıqlarının qorunmasına ciddi fikir verilməsi, yüksək kalorili yeməklərlə qidalanmalarının daim diqqətdə saxlanılması onlara dövlətimizin qayğısı kimi dəyərləndirilir. Bu həmrəylik, sovqatların verilməsi böyük mənəvi dayaq deməkdir. Çünki dövlət-xalq-ordu birliyi xidmətin uğurlu təşkilində başlıca amildir.

Nümunəvi xidməti ilə komandirlərinə və valideynlərinə başucalığı gətirən əsgərlərimizdən Dönməz Hüseynov, Rəhim Kərimov, Onur Seyidov, Rüad Fərmanzadə bayram və əlamətdar günlərdə ictimaiyyət nümayəndələrinin, mədəniyyət kollektivlərinin onların qonağı olmalarının əsgərlərdə böyük ruh yüksəkliyi yaratdığını dilə gətiriblər. Həmçinin digər bir amil kimi kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlarımızın əsgərlərlə görüşə sovqatla gəlmələrini xalqın öz ordusuna böyük sevgisinin nümunəsi, xalq-ordu birliyinin göstəricisi sayırlar.

Məhdud fiziki imkanlı şəxslər tərəfindən hazırlanmış isti qış geyimləri də çətin dağlıq şəraitdə xidmət edən əsgərlərə göndərilir

Muxtar respublikamızda uzun illərdir davam edən ənənəyə uyğun olaraq məhdud fiziki imkanlı şəxslər tərəfindən hazırlanmış isti qış geyimləri də Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitdə xidmət edən əsgərlərinə göndərilir. Ötən il avqustun 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə hərbi hissələr üçün yun corabların toxunması işinin davam etdirilməsi tapşırılıb. Qarşıya qoyulan tapşırığın icrası istiqamətində məhdud fiziki imkanlı 20 qadın tərəfindən toxunmuş yun corab və şərflər əsgərlərimizə hədiyyə edilib. Ümumilikdə isə 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar 2500 cüt yun corab və 200 ədəd yun şərf toxunaraq hərbi hissələrə təhvil verilib.

Babək rayonunun Babək qəsəbəsində yaşayan Elnurə Nağıyeva deyir ki, bu gün Azərbaycan Ordusunda xidmət edən hər bir gənc bizim övladımızdır. Onların öz borclarını şərəflə yerinə yetirməsi üçün dövlətimizin yaratdığı şəraitə söz ola bilməz. Ancaq biz vətəndaşların əsgərlərə köməyini də vacib sayıram. Çünki Azərbaycan əsgəri dövlətimizin, onun vətəndaşlarının keşiyində ayıq-sayıq dayanıb. Mən də əsgərlərimiz üçün corab toxuyuram. Qürur duyuram ki, övladlarımızın yaxşı xidmət etmələrinə az da olsa, kömək göstərirəm. Düşünürəm ki, mənim də övladlarım bu gün-sabah əsgər olacaq, bizi qoruyacaq.

Şərur rayonunun Çərçiboğan kənd sakini Saimə Novruzova kiçik yaşlarından corab toxumağı öyrənib. Xəstəlik nəticəsində hər iki gözü dünya işığından məhrum olub. Ancaq buna baxmayaraq, yenə də corab toxumaqla məşğuldur. Deyir ki, əsgərlərə corab və şərf toxunmasını eşidəndən bu işə həvəsi daha da artıb. “Mən də öz imkanlarım səviyyəsində əsgər övladlarımıza kömək etmək qərarına gəldim. Bunun üçün dövlətimiz də mənə qayğı göstərməyə başladı. Bir neçə ildir ki, bu işlə məşğulam. Düşünəndə ki, mənim əməyim qışın soyuğunda, boranında igid oğullarımızın köməyinə çatacaq bir işə yarayır, onda xeyli sevinirəm”, - deyə o bildirib.

Ordumuz hərtərəfli təminata, ən müasir silah-sursata, yenilməz, qətiyyətli və peşəkar şəxsi heyətə malikdir. Xalqla ordu arasında möhkəm əlaqənin, sarsılmaz birliyin ifadəsi olan bu tədbirlər isə şəxsi heyətdə ruh yüksəkliyi yaradır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ