REGİONLAR
Naxçıvanda döyüş atışlı taktiki xüsusi təlimlər başlayıb
Naxçıvan, 2 iyul, AZƏRTAC
Muxtar respublikada yerləşən Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə hissə və bölmələrində döyüş atışlı taktiki xüsusi təlimlər başlayıb.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna verilən məlumata görə, təlimlərə həyəcan siqnalının verilməsi, şərti hava düşməninin ilk zərbələrinin dəf edilməsi, idarəetmə və komanda məntəqələrində döyüş işinin aparılması ilə başlanılıb.
Təlimin döyüş atışlı mərhələsində düşmənin hava və yerüstü hədəfləri hava hücumundan müdafiə silahları ilə məhv edilib. Təlimlərə hava düşmənini təqlid edən Əlahiddə Ümumqoşun Ordunun aviasiyası da cəlb edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:09]
Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
- 26.04.2024 [15:39]
Xocalı al lalələrlə bəzənib FOTO
- 26.04.2024 [14:59]
“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb
- 26.04.2024 [14:35]